Cümə axşamı , Oktyabr 22 2026
azfa

Ana dilinə görə İranın həbs etdiyi Tohid Əmirəminin həbsindən 3 il keçir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ana dili uğrunda mədəni fəaliyyətinə görə İranın həbs etdiyi Tohid Əmirəminin həbsindən 3 il keçir.

Tohid Əmirəmini Beynəlxalq Ana Dili Günü ilə bağlı türkcə posterlər yaydığı üçün yaxalanıb və qondarma ittihamlarla uzun müddətli həbsə məhkum edilib. Hazırda o həbsinin 3-cü ilini zindanda keçirməkdədir.

Əmirəmini bundan öncə tibbi məzuniyyətə buraxıldığı zaman milli-mədəni fəallarla görüşündə demişdi: “Hər bir insanın mərdliyi, şücaəti, şüuru, inam gücü zindanın polad barmaqlıqlarını əridir, yetər ki özümüzə, yolumuza inamımız olsun”.

Qeyd edək ki, azərbaycanlı fəal Kiyanuş Aslani, Tövhid Əmir Əmini ilə birlikdə 2019-cu il fevralın 20-də Beynəlxalq Ana Dili Günü münasibəti ilə Tehranda poster payladıqları üçün irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır.

Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi Tövhid Əmir Əminiyə “Sistem əleyhinə təbliğat aparmaq” ittihamından bəraət verib, lakin digər ittihamı ilə bağlı çıxarılan həbs qərarını olduğu kimi qüvvədə saxlayıb. Fəallar brilikdə 12 il yarım azadlıqdan məhrum edilib.

Tövhid Əmir Əmini 7.5 il, Kiyanuş Aslani isə 5 il həbsə məhkum edilib.

Bundan əlavə, Kiyanuş Aslani 2 il müddətinə bütün qruplara üzv olmaq hüququndan məhrum edilib.

Həmçinin yoxlayın

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …

Tramp: İranın nüvə silahına sahib olmasının qarşısını almasaydıq, indiyədək dağıdıcı nüvə silahlarından istifadə etmiş olardı

GADTB: ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikasının nüvə silahına sahib olmasının qarşısını almağı özünün …