Ukrayna Rusiyanın 800 hərbçisini öldürdüyünü və rusların hücumnu dəf etdiyini bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Ukraynadakı hərbi əməliyyatların ilk günüdə 30-dan artıq tank, 130-a yaxın zirehli maşın, 7 hərbi təyyarə, 6 helikopter, 800 hərbçi itrib.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı feysbuk səhifəsndə yazıb.

Onun sözlərinə görə, müharibənin birinci günü Rusiya 203 dəfə Ukraynaya hücum edib

Bu gün səhər saatlarında Ukrayna hərbçiləri Qostomel yaxınlığında Rusiya zirehli texnikasının kolonunu yandırıblar. Bu barədə Ukrayna ordusu məlumat yayıb.

“Qostomel yaxınlığında Ukrayna qoşunları tərəfindən Rusiya zirehli texnikasının kolonu yandırılıb. Yaşasın, Ukrayna Silahlı Qüvvələri”, – məlumatda deyilib.

Ukrayna qoşunları düşmənin çox sayda zirehli texnikasının olduğu Daymer və İvankov yaşayış məntəqələrində döyüşürlər. Aydar çayı yaxınlığında düşmənin hücumunun qarşısı alınıb.

Yerli KİV rus qoşunlarının hərbi maşınlarının Dimerdən Kiyevin mərkəzinə doğru hərəkət etdiyini yazıb. Bu, təxminən 56 maşından ibarət kolondur.

Kiyevə gələn rus diversantlar isə məhv edilib. Ukrayna ordusunun texnikası və formasında Kiyevə gələn rus diversantlar məhv edilib. Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

Çerniqovda Ukrayna hərbçiləri rus qoşunlarının hücumunu dəf etməyə müvəffəq olub. Bu məlumatı Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı özünün Feysbuk səhifəsində paylaşıb.

Komandanın sözlərinə görə, rus texnikası Çerniqovdan Sedniv istiqamətində və Qrodnadan Semenivkaya çəkilməyə məcbur olub.

Rusiya əsgərlərinin texnikası və şəxsi sənədləri də Ukrayna tərəfinin əlinə keçib.

Qeyd edək ki, daha öncə Ukrayna ordusunun ələ keçirilən iki hərbi texnikası ilə Ukrayna əsgərlərinin formasında rus diversantların Kiyevə doğru hərəkətini əks etdirən video yayılmışdı.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …