Şənbə , Aprel 27 2024
azfa

Aylıq Arxivlər: İyun 2022

Azərbaycanlı fəal Əsgər Fərəci Tehranın Evin zindanında həbsə salındı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehran sakini olan azərbaycanlı milli-mədəni fəal Əsgər Fərəci 5 illik həbs cəzasını çəkmək üçün Tehranın Evin zindanına salınıb. İran rejimi tərəfindən şərlənən azərbaycanlı fəal Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən “Ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq”, “Qanunsuz və hökumətə qarşı çıxan GAMAC-a üzv …

Ətraflı oxu »

F-16-lar verilməsə, Türkiyə “Tayfun” təyyarələri alacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Ankaraya F-16 satmaqdan imtina edərsə, Türkiyə müvəqqəti həll yolu kimi “Tayfun” (Eurofighter Typhoon) qırıcıları ala bilər. Bu barədə “Star” qəzeti məlumat yayıb. Məlumata görə, Türkiyə HHQ komandanı general Həsən Küçükkakuz ötən ay “Eurofighter” konsorsiumunun əsas istehsalçısı olan İngiltərəyə səfər edib. Səfər zamanı …

Ətraflı oxu »

Sufiyanın cümə imamı azərbaycanlı jurnalisti həbs etdirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sofyan şəhərinə Xameneinin təyin etdiyi cümə imamı Həsən Mürsəli bu şəhərin “Dəniz Səsi” nəşrinin baş redaktoru Əmir Saini ona açıq məktub yazdığı üçün həbs etdirib. Azərbaycanlı jurnalist Əmir Sai cümə imamına açıq məktubda tənqidi fikirlərə görə, cümə imamının qəzəbinə tuş gəlib …

Ətraflı oxu »

Ukrayna Rusiyanın 34430 hərbçisini məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 120-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Rusiya indiyə qədər 34 430 hərbçi, 1 504 ədəd tank, 3632 ədəd zirehli döyüş maşını, 756 ədəd artilleriya sistemi, 240 ədəd RYAS …

Ətraflı oxu »

İran rejiminin Zunuzda mədənçıxarma işləri ətraf mühiti məhv edir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın bağ evləri şəhəri kimi məşhur olan Zunuzun işləri ətraf mühiti İran rejiminin mədənçıxarma işləri nəticəsində məhv edilir. Bu barədə azərbaycanlı tanınmış rejissoru Məhəmməd Əlimuradi mədənçilərun bu dəfə Zunuzun təbiətini hədəf aldığı ilə bağlı video paylaşıb. Azərbaycanlı rejissor Zunuz bölgəsində yaşıllıq zolağı …

Ətraflı oxu »

Bennet: “İran göründüyündən də zəifdir”

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İsrailin baş naziri Naftali Bennet ölkəsinin kəşfiyyat orqanlarının İran ərazisində keçirdiyi əməliyyatlarla bağlı “New-York Times” qəzetinə müsahibə verib. Ötən gün baş tutan müsahibədə o bildirib ki, İran göründüyündən də zəifdir. Amerikanın “SEPAH”ın terror təşkilatları siyahısından çıxarmamasını da yüksək qiymətləndirən Bennet qeyd …

Ətraflı oxu »

Türkiyənin Akıncı PUA-sından növbəti rekord

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Baykar” şirkətinin istehsalı olan “Bayraqdar Akıncı” PUA-sı 13 min 716 metr hündürlüyə qalxıb. Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə həyata keçirilmiş “Akıncı” layihəsi çərçivəsində “Baykar” şirkəti tərəfindən istehsal edilmiş PUA 21 iyun tarixindəki təlim-yoxlama uçuşu zamanı 13 min 716 metr hündürlüyə qalxaraq, …

Ətraflı oxu »

Sabah TÜRKPA-nın 11-ci iclası başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 23-24 iyun 2022-ci ildə Qırğızıstanın Çolpon-Ata şəhərində “Parlament Diplomatiyası – Etimad və Tərəfdaşlığın Əsası” mövzusunda TÜRKPA-nın 11-ci plenar iclası keçiriləcək. Tədbir üzv parlamentlər, eləcə də Özbəkistan, Türkmənistan, Macarıstan parlamentlərinin sədrləri, beynəlxalq təşkilatların, türk əməkdaşlıq qurumlarının, elm və təhsil dairələrinin nümayəndələrini bir araya gətirəcək. …

Ətraflı oxu »

Avropa Birliyi: İranın altıncı nəsil sentrifuqalarının ikinci kaskadının işə salınması nüvə anlaşmasına ziddir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa İttifaqının xarici işlər üzrə sözçüsü Peter Stano iyunun 21-də mətbuat konfransında İranın altıncı nəsil sentrifuqalarının ikinci kaskadının işə salınmasının nüvə razılaşmasına zidd və naraharedici oluğunu deyib. “İranın nüvə anlaşmasına zidd fəaliyyətləri ilə bağlı indi və daha öncə baş verənlər bizim üçün narahatlıq …

Ətraflı oxu »

Azərbaycanlı işçi fəal Valeh Zamani ağır vəziyyətdə Tehranda həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ağır hepatit xəstəsi olan Urmiyadan olan azərbaycanlı işçi fəal Valeh Zamani 30 maydan Yehranın Evin zindanında həbsdə saxlanılır.  Zamani iyunun 30-da Tehranın Evin zindanından ailə üzvlərindən biri ilə saxladığı qısa müddətli telefon əlaqəsi zamanı həmçinin təzyiqlərə məruz qaldığını bildirib. Azərbaycanlı məhbus bildirib ki, …

Ətraflı oxu »