Aylıq Arxivlər: Fevral 2024

Təbrizdə rejimin Prokurorluğunun I şöbəsi Asena Şəbanini şərləyib ona cinayət işi açıb

GADTB: Azərbaycan Milli Hərəkatının fəalı Şahin Bərzəgərin həyat yoldaşı Asena Şəbaniyə dünən bazar ertəsi SMS gəlib və Təbrizdə rejimin Prokurorluğunun I şöbəsində ona qarşı işin açılması barədə məlumat verilib. Azərbaycanlı fəal Şahin Barzegar İnstaqram səhifəsində bu barədə yazıb: “Fevralın 12-də həyat yoldaşim Asenaya SMS vasitəsilə bildirib ki: 140230920005859211 nömrəli işiniz …

Ətraflı oxu »

Urmiya və Ərdəbildə telekommunikasiya təqaüdçüləri etiraz aksiyası keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bazar ertəsi günü Qərbi Azərbaycan və Ərdəbil vilayətlərindən olan bir qrup telekommunikasiya təqaüdçüsü şirkətin Urmiya və Ərdəbildəki binası qarşısına toplaşaraq, tələblərinin nəzərə alınmamasına etiraz ediblər. Qeyd edək ki, son illər Azərbaycanın şəhərlərində telekommunikasiya təqaüdçüləri bir neçə dəfədir ki, etiraz aksiyası keçirirlər.

Ətraflı oxu »

Monqol eks prezident Putinin “tarix dərsi”nə monqol xəritəsi ilə cavab verdi

GADTB: Monqolustanın keçmiş prezidenti Saxiaqiyn Elbeqdorj Rusiya Prezidenti Vladimir Putinlə amerikalı jurnalist Taker Karlsonun müsahibəsi fonunda ölkənin tarixi xəritəsini dərc edib. Eks-prezident xəritəni bu sözlərlə paylaşıb: “Putinin çıxışından sonra. Mən Monqolustanın tarixi xəritəsini tapdım. Narahat olmayın, biz sülhpərvər və azad xalqıq”. Qeyd edək ki, Vladimir Putin amerikalı jurnalist Taker Karlsona …

Ətraflı oxu »

Molla rejimi Ərdəbildə azərbaycanlı milli fəalı həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi dünən azərbaycanlı milli fəal Səid Dustan elektron bildiriş vasitəsilə Ərdəbildə rejimin şəhər Baş və İnqilab Prokurorluğuna çağırıb. Rejimin prokurorluğunda ona “ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamı elan edilib. Daha sonra isə azərbaycanlı …

Ətraflı oxu »

İranın Ermənistandakı mədəniyyət müşaviri: “İran və Ermənistan arasındakı mədəni  bağlar əlaqələri genişləndirir”

GADTB: İranın Ermənistandakı səfirliyinin nümayəndəsi və Həmədan əyalətinin Mədəni İrs, Turizm və Sənətkarlıq Baş İdarəsinin rəis müavini şənbə günü Ermənistan Turizm Federasiyasının sədri ilə görüşüb. İranın Ermənistandakı səfirliyinin mədəniyyət müşaviri Məhəmməd Əsədi Movəhhedin Ermənistan Turizm Federasiyasının rəhbəri ilə görüşündə İran və Ermənistan arasında ortaq mədəni cəhətlər və əlaqələrin genişlənməsinin zəruriliyi …

Ətraflı oxu »

İrəvan Azərbaycana bəzi ərazilərlə bağlı mina xəritəsini təqdim etməyib

GADTB: Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan …

Ətraflı oxu »

Molla rejimin həbs etdiyi öyrənci aclıq aksiyası keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Təbriz zindanında həbsdə saxladığı azərbaycanlı öyrənci fəal Armita Pavir 17 gündür ki, aclıq aksiyası keçirir. Azərbaycanlı xanım Armita Pavir dünən ailəsi ilə telefon əlaqəsi saxlayarkən bu barədə məlumat verib. Armita Pavir ailəsinə deyib: “Bütün bu hadisələrdən sonra əgər mən bunlara …

Ətraflı oxu »

Tehranda azərbaycanlı fəallara azadlıq tələbi ilə geniş

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən, Tehranın qərbində yerləşən türklərin kompakt yaşadığı Əkbərabad (Nəsimşəhr) şəhərində Güney Azərbaycan Milli Hərəkatının fəalları həbs edilmiş Güney Azərbaycan fəallarına dəstək olaraq şüarlar yazılıb. Bununla da azərbaycanlı fəallar rejimin həbs etdiyi azərbaycanlı gənclərə azadlıq tələb ediblər. Şəhərin divarlarına aşağıdakə şüarlar yazılıb: “Siyasi məhbuslara …

Ətraflı oxu »

Molla rejimi həbs etdiyi azərbaycanlı fəalları Evin zindanına köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçu fars-molla rejimi həbs etdiyi azərbaycanlı milli fəallar Səid Minayi və Salar Tahir Əfşarı Tehranda yerləşən Evin zindanının təcridxanasına köçürüb. Azərbaycanlı fəallar ailələri ilə qısa telefon danışığında bu barədə məlumat veriblər. Qeyd edək ki, hər iki azərbaycanlı milli fəal fevralın 7-də müxtəlif şəhərlərdə …

Ətraflı oxu »

Molla rejimin qanunsuz həbs etdiyi azərbaycanlı din xadimi aclıq aksiyasına başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı din xadimi və fəal Əbdüləziz Əzimi Qədim ailəsi ilə qısa telefon danışığında bildirib ki, İran ETTELAAT qüvvələrinin ona qarşı qanunsuz rəftarına etiraz olaraq aclıq aksiyası keçirəcək. Məlumata görə, o, fevralın 7-də Qum şəhərindən Tehrana qayıdarkən ETTELAAT qüvvələri …

Ətraflı oxu »