GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Prime TV”-də “İranda daxili savaş başladı. Nələr olacaq?” mövzusunda çıxış edib. Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında İranda daxili şəkişmənin başlaması, Xameneinin ABŞ-la danışıqlara yox deməsi, əsas sözü Xameneinin deməsi, Pezeşkianın …
Ətraflı oxu »Aylıq Arxivlər: Mart 2025
Reuters: “Tramp administrasiyası beynəlxalq sularda İran tankerlərini dayandırmaq niyyətindədir”
GADTB: “Reuters” xəbər verir ki, Donald Tramp administrasiyası kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə məqsədi daşıyan qlobal razılaşma əsasında İranın neft tankerlərinin beynəlxalq sularda dayandırılması və yoxlanılması planını nəzərdən keçirir. Məlumata görə, bu, İranın neft ixracını sıfıra endirmək və Tehranın nüvə silahı əldə etmək imkanlarını məhdudlaşdırmaq üçün Trampın “maksimum təzyiq” …
Ətraflı oxu »Azərbaycanlı fəal Saman Bidar Təbrizdə terrorçu Sepah-ın Kəşfiyyat təcridxanasına köçürülüb
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal və Ərdəbildə Traxtur futbol komandasının liderlərindən biri Saman Bidar, 1 mart 2025-ci il tarixində Ərdəbildə terrorçu Sepah-ın Kəşfiyyat İdarəsi tərəfindən saxlanılaraq Təbrizdə Sepah-ın Kəşfiyyat təcridxanasına köçürülüb. Saman Bidarın yaxınları, onun saxlanılma səbəbləri və harada saxlanıldığını bilmədiklərini bildiriblər. Onlar bir neçə dəfə …
Ətraflı oxu »Molla rejimi azərbaycanlı milli fəalı zindana saldı
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Vədud Əsədini 9 aylıq həbs cəzasını çəkmək üçün bazar ertəsi Evin zindanına salıb. Azərbaycanlı fəal bazar ertəsi Evin Prokurorluğunun Cinayət Cəzalarının İcrası üzrə 1 saylı şöbəsinə baş çəkdikdən sonra Evin Həbsxanasına köçürülüb. O, 9 aylıq cəzasını çəkmək …
Ətraflı oxu »ABŞ və Avropa üçlüyü nüvə proqramı ilə bağlı İrana xəbərdarlıq etdi
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ, Britaniya, Fransa və Almaniya nüvə proqramı ilə bağlı İrana xəbərdarlıq edib. Onlar bildiriblər ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqdan imtina etməyə davam edərsə, Rəhbərlər Şurası Tehranın təhlükəsizlik tədbirlərinin pozulması barədə məlumat verməyə hazır olmalıdır. Həmin dörd ölkə birgə bəyanatda …
Ətraflı oxu »Molla rejimin terrorçu Sepah-ı azərbaycanlı fəal Cavad Jaləpsəndi sorğu-suala çəkiblər
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin terrorçu Sepah-ı azərbaycanlı fəal Cavad Jaləpsəndi sorğu-suala çəkiblər. Cavad Jaləpsənd dünən İranın terrorçu İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) kəşfiyyat şöbəsi tərəfindən saxlanılıb və bir neçə saatlıq sorğu-suala tutulub. Molla rejimin qüvvələri, 21 yaşlı bu Azərbaycanlı gənci Səhənd stadionunda davamlı iştirakı …
Ətraflı oxu »Molla rejimi azərbaycanlı milli fəallar dindirilmək üçün prokurorluğa çağırıb
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəallar Rza Səlimi Qolu, Səməd Heydəri Dəstcerdi və Əmin Tağızadə Yüzbaşlunu Ədliyyə-Məhkəmə Sisteminin elektron sistemi vasitəsilə bildirişlə prokurorluğa çağırıb. Onların iddia olunan ittihamlara qarşı son müdafiəni təqdim etmək üçün 5 gün müddətinə Təbriz şəhərindəki rejimin Baş və İnqilab …
Ətraflı oxu »Bu gün Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür
GADTB: Bu gün Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə …
Ətraflı oxu »PKK-nın ləğv ediləcəyi tarix açıqlandı
GADTB: PKK terror təşkilatının bu ilin aprel ayında özünü buraxmaq üçün qurultay keçirəcəyi gözlənilir. Bu barədə “Haber Global” məlumat yayıb. Bildirilib ki, ötən həftə qruplaşmanın başçısı Abdulla Öcalan təşkilata özünü buraxıb tərksilah olunmaqla bağlı müraciət etmişdi. Məlumata görə, Öcalanın da qurultayda iştirak edəcəyi ehtimal olunur.
Ətraflı oxu »Avropa Birliyi İranın nüvə proqramı ilə bağlı bəyanat yaydı
GADTB: Avropa Birliyi İranda uranın sürətli və yüksək saflıqda zənginləşdirmənin davam etdirilməsindən ciddi narahatdır və İslam Respublikasının nüvə silahı əldə etmək ehtimalına qarşıdır. Bu barədə Avropa Birliyinin Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəliyinin bəyanatında deyilib. Bəyanatda Avropa Birliyi bu məsələni beynəlxalq təhlükəsizlik sahəsində əsas prioritet adlandırıb və bütün ölkələrdən BMT Təhlükəsizlik …
Ətraflı oxu »