GADTB: İranın 46 zindanında saxlanılan siyasi məhbuslar edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar. Bildirilib ki, son iki həftə ərzində hər gün 7 nəfər dar ağacından asılıb. Məlumata görə, məhbuslar beynəlxalq ictimaiyyətin və insan haqları müdafiə qurumlarının diqqətini İranda artan edam cəzalarına cəlb etmək məqsədi ilə aclıq …
Ətraflı oxu »Aylıq Arxivlər: İyun 2025
Urmiya gölü acınacaqlı durumdadır
GADTB: Havanın yağıntılı keçməsinə baxmayaraq Urmiya gölü acınacaqlı vəziyyətdədir. Hazırda Urmiya gölünün sahəsi 1110 kvadrat kilometr, göldə olan su miqdarı isə 1 milyar 550 milyon kubmetrdir. Bununla bağlı ekoloji problemlə bağlı Ətraf Mühitin Mühafizəsi Təşkilatı məlumat yayıb. Bildirilib ki, cari yağış ilində yağıntılar ötən ilin eyni dövrü ilə müqayisədə 28% …
Ətraflı oxu »Azərbaycanlı fəalların məhkəməsi Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsində keçirilib
GADTB: Bu gün irqçi fars-molla rejimi Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsində dörd azərbaycanlı milli fəalı mühakimə edib. Bu məhkəmə prosesində Yürüş Mehrəlibəyli, Hamid Yeganepur, İbrahim Avəzadə və Araz İbrahimnejad onlara qarşı irəli sürülən ittihamları rədd edərək özlərini müdafiə etdilər. Qeyd edək ki, həmin azərbaycanlı fəallara qarşı ittihamlar arasında qrup yaratmaq, …
Ətraflı oxu »Yörük-Türkmən festivalında Güney Azərbaycan
GADTB: Türkiyənin Antalya şəhərində keçirilən Yörük-Türkmən mədəniyyət festivalı “Gök Türklər” musiqi qrupunun konserti ilə başa çatıb. Güney Azərbaycanda həmin festivalda təmsil olunub. İfa çərçivəsində qrupun solisti Bilge Kağan Kara Azərbaycanın Traxtur komandasının tərəfdarlarını səhnəyə dəvət edib. Bu zaman Güney Azərbaycandan olan tamaşaçılar sənətçiyə Traxtur komandasının şalını hədiyyə ediblər. Bağlanış mərasimində …
Ətraflı oxu »Təbriz Yanacaq doldurma mərkəzlərinin işçiləri etiraz olaraq işi dayandırıblar
GADTB: Əmək haqqıların ödənilməməsinə görə Təbriz bələdiyyəsinə bağlı CNG yanacaq doldurma məntəqələrində çalışan işçilər işi dayandırıb tətilə başlayıblar. Bazar günü səhər saatlarında başlayan tətil şəhər boyu bir sıra əsas məntəqələrin bağlanmasına səbəb olub və qazla işləyən avtomobillərin yanacaq təchizatını dayandırıb. Bu məntəqələrdə çalışan işçilər bir neçə aydır əmək haqlarının və …
Ətraflı oxu »Bakı-Təbriz birbaşa reysi açılır
GADTB: Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirərək 15 iyun tarixindən etibarən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlayacaq. Biletlər bu gün ərzində artıq satışa çıxarılacaq. Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək. Təbriz qədim tarixi, memarlıq abidələri, muzeyləri və zəngin mədəni irsi ilə tanınır. …
Ətraflı oxu »Ermənistanın Azərbaycanın mülki infrastrukturuna ziyan vurmasına dair sənədlər məhkəmədə tədqiq olunub
GADTB: Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi …
Ətraflı oxu »Kavə Sodanın kimyəvi tullantıları Urmu gölündə ekoloji fəlakətə səbəb olur- Video
GADTB: Xərçəngə səbəb ola bilən və təmizlənməmiş “Kaveh Soda” zavodunun sənaye tullantıları birbaşa Urmiya gölünə axıdılır. Bu təhlükəli kimyəvi maddələr gölün ekosistemini ciddi şəkildə çirkləndirir və bölgənin ətraf mühitinə böyük təhlükə yaradır. Mövzu ilə bağlı hazırlanan videoçarxda, jurnalistlər Darbəndi və Şəkərlu məsələni araşdıraraq, zavodun tullantı sularını heç bir təmizləmə prosesindən …
Ətraflı oxu »Fransa Ermənistan-Azərbaycan sərhədində Fəxri Konsulluq açıb
GADTB-nin Mətbuat Mərkəzinin Azərbaycan mətbuatına istinadən verdiyi məlumata görə, Fransa Ermənistanın Gorus rayonunda Fəxri Konsulluğunu açıb. Bu münasibətilə Fəxri konsulun ofisinin təntənəli açılış mərasimi keçirilib. Mərasimdə iki ölkənin səfirləri və digər rəsmi şəxslər iştirak edib.
Ətraflı oxu »Molla rejimi yük maşınları tətilinə dəstək verən 9 qəzvinlini həbs edib
GADTB: İrqçi fars-molla rejimi Qəzvin əyalətində yük maşınları sürücülərinin tətil aksiyasına sosial mediada dəstək verən 9 nəfəri həbs edib. Qəzvinin polis rəisi Məhəmməd Qasım Torhani bununla bağlı açıqlama verib. Yaxalananlara qarşı ittiham irəli sürülüb, barələrində cinayət işi açılıb. Qeyd edək ki, hazırda 150-dən çox şəhərə yayılan tətil mayın 22-dən başlayıb. …
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi