GADTB: “Afşariyurdu Tikantəpə” adlı Instagram səhifəsi yayımladığı video vasitəsilə Tikantəpə (Tekab) mədənlərinin dağıdıcı şəkildə talan edilməsini və Azərbaycanın iqtisadi istismara məruz qalmasını nümayiş etdirib. Səhifədə yazılıb: “Azərbaycanın Tikantəpə şəhəri klassik bir müstəmləkə nümunəsidir və göstərir ki, eyni anda necə mümkündür: – qızıl və qiymətli daşlarla zəngin bir bölgəni İsfahanlı, Yəzdli …
Ətraflı oxu »Gündəlik Arxivlər: Noyabr 12, 2025
Ehsan Fəridinin anası Evin həbsxanasında aclıq aksiyasındakı azərbaycanlı məhbuslara dəstək verdi – Video
GADTB: Edam cəzasına məhkum edilmiş azərbaycanlı tələbə Ehsan Fəridinin anası, Pərvin Həyati, şəxsi İnstagram səhifəsində yayımladığı videoda oğlunun Evin həbsxanasında qısa görüşə çıxarıldığını bildirib və onun davam edən həbsi və edam hökmünə etiraz edib. Pərvin Həyati videoda deyib: “Bu gün Ehsanın görüşünə getmişdik. Onu kiçik bir pəncərənin arxasından, barmaqlıqlar arxasında …
Ətraflı oxu »İsapur: Su idarəçiliyi islah olunmasa, Urmiya gölü tezliklə xəritədən silinəcək
GADTB: Urmiya gölünün bərpası qərargahının Planlaşdırma və İnteqrasiya Ofisinin direktoru Səid İsapur gölün vəziyyətini “indiyədək ən böhranlı mərhələdə” adlandırıb. Onun sözlərinə görə, Regional Su Şirkətinin son məlumatlarına əsasən, Urmiya gölündəki su həcmi hazırda 40 milyon kubmetrdən də azdır, və ötən il gölün qanuni su payı tam şəkildə ayrılmayıb. İsapur bildirib …
Ətraflı oxu »Zəncan vilayətindəki Pəri gölü tamamilə qurudu
GADTB: Artıq üç aydan çoxdur ki, Zəncan vilayətində yerləşən Pəri gölü tamamilə quruyub. Böyük sahəyə malik bu göl indi tamamilə susuz qalıb və burada yaşayan təxminən 15 min balıq növü məhv olub. Mütəxəssislərin sözlərinə görə, İranın su idarəçiliyi sistemi korrupsiya, səriştəsizlik və idarəetmədəki iflic vəziyyəti səbəbindən uzun müddətdir ciddi böhran …
Ətraflı oxu »Evin həbsxanası qarşısında azərbaycanlı milli fəallar döyülüb, Əli Xeyrcunun dişi, Bəhzad Dəştinin burnu qırılıb
GADTB: Noyabrın 11-də səhər saatlarında Evin həbsxanası qarşısında saxlanılan Cənubi Azərbaycan milli hərəkatı fəalları – Abbas Lisanı, Əli Xeyrcu, Yusif Kari və Bəhzad Dəşti ailələri ilə qısa telefon əlaqəsi saxlayaraq molla rejimin qüvvələri tərəfindən şiddətli şəkildə döyüldüklərini bildiriblər. Məlumata görə, fəallar saxlanılmaya müqavimət göstərdikdən sonra dəyənəklə və gözyaşardıcı qazla hücuma …
Ətraflı oxu »Təbrizdə əczaçılar etiraz aksiyası keçirdilər- Video
GADTB: Təbriz əczaçıları Sosial Təminat Təşkilatı tərəfindən ödənişlərin 7 aylıq gecikməsinə etirazlarını bildirirlər. Əczaçılarla birgə həkimlər və patoloqlar da Sosial Təminat Təşkilatının öhdəliklərini yerinə yetirməməsinin səhiyyə sisteminin və tibb işçilərinin xəstələrə və cəmiyyətə xidmət potensialını zəiflətdiyini vurğulayıblar. https://t.me/GADTB1/46279
Ətraflı oxu »GADTB-nin Türkiyənin yük təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı mesajı
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Türkiyə Cümhuriyyətinin yük təyyarəsinin Gəncədən qalxıb və Gürcüstanda qəzaya uğraması münasibəti ilə Türkiyə dövlətinə, Türk Millətinə və şəhid olan hərbçilərin ailələri və yaxınlarına başsağlığı verir. Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başsağlığı mesajının bir hissəsində deyirlir: “Türkiyə …
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi