Gündəlik Arxivlər: Noyabr 25, 2025

Güney Azərbaycanın Muğan bölgəsində əkinçilər etiraza qalxıblar – Video

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində qarğıdalı əkini ilə məşğul olan fermerlər iki il öncə “Pars” şirkətinə verdikləri məhsulun pulunu hələ də ala bilməyiblər. Oktyabrın sonlarında İranın kənd təsərrüfatı cihadı nazirinin bölgəyə səfəri ilə eyni vaxtda fermerlər pullarının ödənilməməsinə etiraz olaraq aksiya keçirdilər. Nazir də söz verdi ki ödənişlər noyabrın 20-dək …

Ətraflı oxu »

Azərbaycanlı alim Əhmədrza Cəlalinin edam təhlükəsi: Həbsinin 3500 günü tamamlandı

GADTB: İran-isveç vətəndaşı, azərbaycanlı tədqiqatçı Əhmədrza Cəlalinin həbsindən bu gün 3500 gün keçir. On ilə yaxın davam edən bu müddət, uzunmüddətli təkadamlıq kamera, müalicə imkanlarından məhrum edilmə və edam hökmü ilə müşayiət olunub. Cəlalinin həyat yoldaşı Vida Mehranniya sosial şəbəkə X-də paylaşdığı mesajda bildirib ki, Əhmədrza Cəlali tamamilə günahsızdır və …

Ətraflı oxu »

Molla rejimin türkcə adların qadağan edilməsinə etirazları azaltmaq üçün yeni hiylə işlədir

GADTB: Bir neçə gün öncəyə qədər bütün vətəndaşlar sahim.sabteahval.ir ünvanında yerləşən “Sahim” adlı ad seçimi sisteminə daxil olaraq istədikləri adı yazıb, onun icazəli və ya qadağan olunduğunu ödənişsiz şəkildə öyrənə bilirdilər. Lakin #Balamin_Adı kampaniyasının araşdırmalarına görə, İranın Dövlət Qeydiyyat İdarəsi son günlər bu prosesi həm pullu, həm də çox daha …

Ətraflı oxu »

Azərbaycanlı fəalların ailələrinə təzyiq artıb: Araz Amanın həyat yoldaşı hədəfə hədələnib

GADTB: Azərbaycandan olan siyasi və mədəni fəallara qarşı təzyiqlərin artdığı bir vaxtda, yeni məlumatlar göstərir ki, Evin həbsxanasında saxlanılan azərbaycanlı fəal Araz Amanın həyat yoldaşı Fatimə Əsədi naməlum və ehtimalən təhlükəsizlik qurumlarına bağlı hesablar tərəfindən açıq şəkildə hədələnib. Fatimə Əsədi paylaşdığı ekran görüntüsü ilə bildirib ki, “Fərhad” adlı bir şəxs …

Ətraflı oxu »

Evin həbsxanasında aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbusların səhhəti kritik vəziyyətdədir

GADTB: Məlumatlara görə, dünən azərbaycanlı siyasi məhbus Əbdüləziz Əzimi Qədim ciddi fiziki zəiflik səbəbilə vəziyyətinin kəskin pisləşməsi ilə üzləşib. Hadisə zamanı məsullar ona serum vurmağa cəhd etsələr də, Əzimi Qədim buna imkan verməyib. Yaxınlarının bildirdiyinə görə, Əzimi Qədimin səhhəti son günlər xüsusilə ağırlaşıb. Onun bədəni hələ də Evin həbsxanasında keçirdiyi …

Ətraflı oxu »

Özbəkistanda dəyərli qələbə: “Traxtur” qələbə qazandı

GADTB: “Traxtur Azərbaycan” Futbol Klubu dünən Asiya Elit Liqasının 5-ci həftəsində dəyərli qələbə qazanıb. Təmsilçimiz, Özbəkistanın “Nəsəf Qarşi” komandasını onun ev stadionunda – Qarşi Mərkəzi Arenasında – Raci Loujkiyanın vurduğu yeganə qolla məğlub edib. Matç Dragan Skociçin komandası üçün üstün taktiki başlanğıcla açılıb və Azərbaycan təmsilçisi oyunun son dəqiqələrində də …

Ətraflı oxu »

İranda aclıq aksiyası keçirən güneyli türk məhbusları onlarla fəal və siyasi təşkilat dəstəkləyir

GADTB: Onlarla vətəndaş cəmiyyəti fəalı və siyasi təşkilat bədnam Evin zindanında məhbusların aclıq aksiyası keçirməsi ilə bağlı xəbərdarlıq edən və məhkəmə sistemini insan haqlarına riayət etməyə çağıran  bəyanat yayıb. Fəallar bəyanatlarında ölkə həbsxanalarında ayrı-seçkilik və ədalətsizliyə etiraz olaraq aclıq aksiyası keçirən türk siyasi məhbuslarının vəziyyətindən dərin narahatlıqlarını ifadə ediblər. Fəallar …

Ətraflı oxu »