Cümə , Noyabr 14 2025
azfa

Gündəlik Arxivlər: Noyabr 4, 2025

Tağır Nəqəvi və Vədud Əsədinin vəziyyəti ilə bağlı narahatlıq: aclıq aksiyası davam edir

GADTB: Cənubi Azərbaycanın siyasi fəalları Tağır Nəqəvi və Vədud Əsədi Tehranın Evin həbsxanasında təcridxanaya köçürülmələrinə baxmayaraq, aclıq aksiyasını davam etdirirlər. Məlumata əsasən, səhhətində ciddi problemlər olan Tağır Nəqəvi etiraz məqsədilə artıq su və dərman qəbulundan da imtina edib. Bu vəziyyət onun həyatını ciddi təhlükə altına alır və həm ailəsi, həm …

Ətraflı oxu »

J Street: “İsrail–İran arasında ikinci müharibə mümkündür və daha şiddətli ola bilər”

GADTB: ABŞ-də İsrail tərəfdarı liberal təşkilat kimi tanınan J Street yeni hesabatında İsrail ilə İran arasında ikinci müharibə ehtimalının artdığı barədə xəbərdarlıq edib. Təşkilat bildirir ki, tərəflərin hazırkı vəziyyəti və son aylarda apardıqları hazırlıqlar növbəti qarşıdurmanın əvvəlkindən daha intensiv olacağını göstərir. Hesabatda qeyd olunur ki, hazırda iki ölkə arasında nə …

Ətraflı oxu »

Əli Lisani ETTELAAT qüvvələri tərəfindən bir neçə saat saxlanılaraq sorğu-suala çəkilib

GADTB: Azərbaycan Milli Hərəkatının fəallarından Abbas Lisaninin oğlu Əli Lisani Ərdəbil şəhərindəki iş yerinə gedərkən bir neçə mülki geyimli şəxs tərəfindən həbs edilərək, zorla maşına mindirilib. Molla rejimin məmurları fəalı məhkəmə qərarı və ya rəsmi təqdimat təqdim etmədən həbs ediblər. Fəalı maşına apardıqdan sonra məmurlar danışıq tonlarını və davranışlarını zorakılıqdan …

Ətraflı oxu »

15 dekabr Dünya Türk Dili Ailəsi Günü elan edilib

GADTB: Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Özbəkistanda keçirilən 43-cü konfransında dekabrın 15-i Dünya Türk Dili Ailəsi Günü elan edilib. Ötən həftə Səmərqənddə başlayan tədbirə 194 ölkədən 5 000-dən çox iştirakçı qatılıb. Konfransda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 dekabrı Dünya Türk Dili Ailəsi Günü elan edilməsi …

Ətraflı oxu »

“Traxtur” komandası İraq komandasını məğlub edib

GADTB: Asiya Seçmə Liqasının dördüncü həftəsinin oyunları çərçivəsində Təbrizin “Traktor” komandası İraqın “Əl-Şortə” komandası ilə qarşılaşıb. Oyun bu gün yerli vaxtla axşam saat 19:30-da Təbrizin Səhənd stadionunda keçirilib. “Traxtur” komandasının üstünlüyü şərayitində keçirilən qarşılaşma 1-0 Təbriz təmsilçisinin xeytinə başa çatıb. Bununlada “Traxtur” turnir cədvəlində xallarının sayını 8-ə çatdırıb. Qeyd edək …

Ətraflı oxu »

Azərbaycan milli fəalı ETTELAAT İdarəsinə çağırılıb

GADTB: Təbriz şəhərində yerləşən Pəyam-Nur Universitetinin Politologiya ixtisasından məzun olan güneyli milli fəal Hüseyn Əman Nadarlı Şəbüstər şəhər Kəşfiyyat Polisi İdarəsinə çağırılıb. Çağırışın səbəbi və təfərrüatları hələlik bəlli deyil. Azərbaycanlı fəal bundan öncə də milli-mədəni fəaliyyətləri ilə bağlı həbs və təzyiqlərlə qarşılaşıb.

Ətraflı oxu »

Traxturun yarışında milli şüarlar səsləndirildi- Video

GADTB: Təbrizin Səhənd stadionunda Güney Azərbaycanın “Traxtur” komandası ilə İraqın “Əş-şurta” komandasının qarşılaşması çərçivəsində azərbaycanlı tərəfdarlar milli şüarlar səsləndiriblər. Onlar mühacir kürdlərin Azərbaycanın qərb bölgəsinə ərazi iddiasına etiraz edərək “Azərbaycan oyaqdı, kürdlər bizə dayaqdı” şüarını səsləndiriblər.   “Traxtur” futbol komandasının tərəfdarları Güney Azərbaycanın türklərə məxsus olduğunu və yadlara verilməcəyini bildirən …

Ətraflı oxu »