Şənbə , Avqust 22 2026
azfa

Gündəlik Arxivlər: Avqust 21, 2026

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə əlaqəni cinayət saymağı nəzərdə tutan yeni qanun layihəsini kəskin şəkildə pisləyib. Federasiya xəbərdarlıq edib ki, bu layihənin qəbul edilərək tətbiq olunması ifadə azadlığını daha da məhdudlaşdıracaq, İran cəmiyyətini daha da təcrid edəcək və insanların məlumat …

Ətraflı oxu »

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün təmaslarla bağlı açıqlama verərək bildirib ki, İran Suriyada xalqına qarşı törətdiklərini etiraf etməlidir. O, Tehranla Vaşinqton arasında danışıqlar prosesində Pakistanın rolunu yüksək qiymətləndirərək deyib: «İslamabad hələ Suriya ilə İran arasında vasitəçilik təklifi irəli sürməyib.» Əl-Şeybani …

Ətraflı oxu »

Traxtur tərəfdarı Əhəd Əlivəndin həbsi davam edir

GADTB: Azərbaycanlı fəal, Tirəxtur tərəfdarı və sosial şəbəkələrdə məzmun yaradıcısı, Məlkkəndi sakini «Əhəd Əlivənd» cari həftənin ortalarında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Məlumatlara görə, Əhəd Əlivəndin saxlanılmasından indiyədək onun harada saxlanıldığı və vəziyyəti barədə heç bir dəqiq məlumat əldə olunmayıb. Ailəsinin onun taleyi barədə məlumat almaq üçün apardığı araşdırmalar da bu …

Ətraflı oxu »

ABŞ-ın dəniz mühasirəsi səbəbindən Çinə İran neftinin tədarükü azalıb

GADTB: «Reuters» xəbər agentliyi cümə günü, avqustun 21-də bildirib ki, ötən həftə Çindəki alıcılara İran xam neftinin tədarükü azalıb. Buna səbəb ABŞ-ın dəniz mühasirəsinin Tehranın ixrac yüklərinin daşınmasına mane olması və Vaşinqtonun yeni sanksiyalar tətbiq edə biləcəyi ilə bağlı təhdidlərin artmasıdır. ABŞ iyulun 13-də iki ölkə arasında müharibənin dayandırılması ilə …

Ətraflı oxu »

«Zəngan Axşamı» — Azərbaycanın şeir və musiqi gecəsi

GADTB: «Zəngan Axşamı» adlı mədəni proqram Zəncan və Təbrizdən olan bir qrup şair, yazıçı, tədqiqatçı və mədəniyyət fəalının iştirakı ilə keçirilib. Tədbirdə tarix, dil, ədəbiyyat, milli kimlik və musiqi kimi mövzular müzakirə olunub. Proqram «Bayram» nəşrinin dəstəyi, Seyid Mürtəza Hüseyni və Telnaz Nemətinin koordinasiyası ilə təşkil olunub və muğam və …

Ətraflı oxu »

CENTCOM: Hörmüz boğazından 600 milyon barrel neft daşıyan 1 300 gəminin keçməsinə kömək etmişik

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ ordusu may ayının əvvəlindən indiyədək Hörmüz boğazından keçən və ümumilikdə 600 milyondan çox barrel xam neft daşıyan təxminən 1 300 ticarət gəmisinə yardım edib. CENTCOM sözçüsü Tim Hokins bildirib ki, Hörmüz boğazında kommersiya gəmiçiliyi üçün bir neçə marşrut «açıq və təhlükəsiz» vəziyyətdədir. …

Ətraflı oxu »

Qüds Qüvvələri ilə Hizbullah arasında yüz milyonlarla dollar köçürən şəbəkəyə sanksiya tətbiq edildi

GADTB: ABŞ Dövlət Departamenti açıqlayıb ki, ABŞ Maliyyə Nazirliyi İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri ilə Livandakı Hizbullah arasında nağd pul köçürülməsinə cavabdeh olan maliyyə şəbəkəsinin 10 üzvünə qarşı sanksiya tətbiq edib. Açıqlamaya görə, bu şəbəkə Livan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və İran arasında kommersiya aviareysləri ilə hərəkət edən kuryerlərdən …

Ətraflı oxu »

ABŞ Konqresinin üzvü Don Beykon: Müharibənin ən yaxşı sonu İranda xalqının ölkələrini geri almasıdır

GADTB: ABŞ Konqresinin respublikaçı üzvü Don Beykon İran müharibəsinə toxunaraq X platformasında yazıb: «Bu müharibənin ən yaxşı sonu İranda xalqın öz ölkələrini geri almasıdır. Donald Trampın məqsədi İranın nüvə silahına sahib olmasının qarşısını almaq və Hörmüz boğazını açıq saxlamaqdır.» Beykon bildirib: «O vaxta qədər İnqilab Keşikçiləri Korpusunun əsas dayaqlarını hədəf …

Ətraflı oxu »