Cümə , Noyabr 13 2026
azfa

Aylıq Arxivlər: Noyabr 2026

Müctəba Xameneiyə aid olduğu bildirilən keçmiş Hilton hoteli Britaniya şirkətinə verildi

GADTB: Frankfurt yaxınlığında yerləşən keçmiş lüks Hilton hoteli, Müctəba Xameneinin maliyyə şəbəkəsinə aid olduğu bildirilən aktivlərdən biri kimi, bağlanma və müflisləşmə prosesindən sonra yeni sahibə keçib. Müflisləşmə işinin ləğvedicisi Yoahim Kune hotelin sahibi olan şirkətin Britaniyanın “Kamer Qrupu” investisiya şirkətinə verildiyini təsdiqləyib, lakin sövdələşmənin məbləğini açıqlamayıb. İranlı iş adamı və …

Ətraflı oxu »

Əzimiqədim Qızılhisar həbsxanasına köçürülməsində həyatının təhlükə altında olması barədə xəbərdarlıq edib

GADTB: Həbsdə saxlanılan, ruhani statusundan məhrum edilmiş azərbaycanlı fəal Əbdüləziz Əzimiqədim Evin həbsxanasından Kərəcdəki Qızılhisar həbsxanasına köçürüldükdən sonra üzləşdiyi ağır şərait barədə müraciət yayıb və bu həbsxanada həyatının təhlükə altında ola biləcəyi barədə xəbərdarlıq edib. Əzimiqədim Qızılhisar həbsxanasına köçürülməsinin necə baş verdiyinə dair şübhələrini ifadə edərək, bu addımın sadəcə adi …

Ətraflı oxu »

Urmiya gölündə suyun səviyyəsinin yüksəlməsi ilə artemiya yenidən canlanıb – Video

GADTB: Qərbi Azərbaycan vilayətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru Höccət Cəbbari Urmiya gölünün bəzi ekoloji göstəricilərinin yaxşılaşdığını bildirib. Onun sözlərinə görə, göldə suyun həcminin 2,55 milyard kubmetrə çatması və suyun keyfiyyətinin yaxşılaşması duzluluq səviyyəsinin tənzimlənməsinə və gölün müxtəlif ərazilərində artemiyanın yenidən çoxalmasına səbəb olub. Qərbi Azərbaycan vilayətinin Ətraf Mühitin …

Ətraflı oxu »

Azərbaycana qarşı çağırışlar səsləndirən və düşmənçiliyi təşviq edən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edilib – SİYAHI

GADTB: Son zamanlar İran İslam Respublikası vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsasız sərt ittihamların, təhqiramiz ifadələrin, habelə qeyri-qanuni çağırışların artdığı müşahidə olunur. Müxtəlif səviyyəli din xadimləri, parlament üzvləri, ekspertlər, media nümayəndələri tərəfindən Azərbaycanın suverenliyi, təhlükəsizliyi, dövlət-din münasibətləri, ölkənin idarəçilik sistemi və s. hədəf götürülür, dini …

Ətraflı oxu »

İran Ermənistan üzərindən blokada təsirlərini azaltmaq istəyir

GADTB: İran-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini və İranın cənubunda yaşayan erməni xristianların parlament təmsilçisi Qeqard Mənsuriyan Nurduz sərhəd-keçid məntəqəsinin inkişaf etdirilməsini ölkənin dəniz və hava blokadasının təsirlərini azaltmaq baxımından mühüm addım kimi dəyərləndirib. Mənsuriyan bildirib ki, qonşu ölkələrlə quru sərhədlərinin mövcudluğu blokadanın iqtisadi təsirlərini minimuma endirmək üçün imkan yaradır. …

Ətraflı oxu »

Donald Tramp İranda Koləng dağına hücum ehtimalından bir daha danışıb

GADTB: Donald Tramp noyabrın 3-də, çərşənbə axşamına keçən gecə İran vaxtı ilə Fox News telekanalına müsahibəsində ABŞ-ın İrandakı Koləng  dağı obyektinə hücum edə biləcəyini bir daha dilə gətirib. O bildirib ki, belə bir hücumu “bir saat ərzində” həyata keçirə bilərlər. Koləng  dağı və ya Koləng-Gəzla İsfahan vilayətində, Zaqros dağ silsiləsində, …

Ətraflı oxu »

İran İslam Respublikası rejimindən bu dəfə Avropa ölkələrinə təhdid

GADTB: Tehran bələdiyyəsinə bağlı “Həmşəhri” qəzeti noyabrın 3-ü, çərşənbə axşamı dərc olunan sayında Avropa ölkələrinin xəritəsini yayımlayaraq onlardan bəzilərini işarələyib və İran İslam Respublikası Silahlı Qüvvələrinin hədəflər siyahısının “coğrafi məhdudiyyət olmadan” yeniləndiyini yazıb. Qəzet bildirib ki, ABŞ və İsrail İran İslam Respublikası rejiminin strateji infrastrukturuna hücum edəcəyi təqdirdə, qarşıdurmanın əhatə …

Ətraflı oxu »

ABŞ SEPAH-ın Amerika təyyarəsinə raket atmasına cavab olaraq gecə saatlarında Qeşm adasına zərbə endirib

GADTB: “The Wall Street Journal” qəzeti noyabrın 2-si, bazar ertəsi, ABŞ rəsmilərinə istinadən Vaşinqtonun Qeşm adasını hədəfə aldığını bildirib. Bu əməliyyat ABŞ-ın son həftələrdə İrana qarşı həyata keçirdiyi məhdud və ictimaiyyətə açıqlanmayan bir sıra hücumların tərkib hissəsidir. ABŞ rəsmilərinin sözlərinə görə, bu hücumların məqsədi İran İslam Respublikası rejiminin Hörmüz boğazında …

Ətraflı oxu »

“Traxtur” Məsqətdə Özbəkistanın “Neftçi” komandası ilə yarışıb

GADTB: Cənubi Azərbaycan təmsilçisi “Traxtur” futbol komandası noyabrın 2-si, bazar ertəsi axşamı Asiya Elit Liqasının dördüncü turu çərçivəsində Özbəkistanın Fərqanə şəhərini təmsil edən “Neftçi” komandası ilə qarşılaşıb və məticə 2:2 hesabı ilə yekumlaşıb. Qarşılaşma Omanın paytaxtı Məsqət şəhərindəki Sultan Qabus stadionunda keçirilib. Oyunun 55-ci dəqiqəsində Stipe Periçanın qolu ilə “Neftçi” …

Ətraflı oxu »

Urmiya şəhərində bir mağazanın üzərindəki “terrorçu qruplaşmaların” parçası götürüldü, obyekt möhürləndi

GADTB: Bundan əvvəl Azərbaycanın ürəyi olan Urmiya şəhərinin Əbuzər küçəsində yerləşən bir mağazanın girişində kürd terrorçu qruplaşmalarının tərəfdarları tərəfindən “Rojava” adı ilə asılmış parça yazı götürülüb. Məlumatlarda həmçinin bildirilir ki, həmin ticarət obyekti kəşfiyyat qüvvələri tərəfindən möhürlənib. Bu hadisə bununla bağlı reaksiyalardan sonra baş verib.

Ətraflı oxu »