Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi qeyri-fars adlara qarşı represiyanı gücləndirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda qeyri-fars adlara qarşı represiyanın davamında bu dəfə ölkənin daxili işlər nazirinin müavini və Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin rəisi Haşım Kargəri yeni iddia ilə çıxış edib.

Kargəri deyib: “Adların məlumat bazası İran və İslam mədəniyyətinə əsaslanmalıdır və zənginləşdirilməlidir. Bununla yanaşı, interaktiv ad sistemi valideynlərə İran və İslam mədəniyyətinə uyğun ad seçməkdə yardım etməlidir”.           

Qeyd edək ki, İran hökuməti etnik azlıqlara övladlarına qeyri-fars adlarını seçməyə icazə vermir. Habelə azərbaycanlı uşaqlara türk adlarına görə doğum haqqında şəhadətnamə verilmir.

Fars və ərəb adlarından başqa adları qeyri-İrani adlar hesab edilir. Azərbaycanlı valideynlər uşaqlarına türk adları seçdiklərinə görə məhrumiyyət və təzyiqlərlə üzləşir, uşaqlara türk adlarına görə illərlə kimlik sənədi verilmir.

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …