Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimi azərbaycanlı fəal Bağər Hacızadəni mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Tehranın İnqilab Məhkəməsində azərbaycanlı fəallardan “Baqir Hacızadə”nin məhkəməsinin üçüncü iclası keçirilib.

Bu iclasda “Baqer Hacızadə”nin cinayət işi oxunub, azərbaycanlı fəal mərhum “Əziz Purolinin” dəfn mərasimində iştirak, Araz çayının kənarında olmaq və casusluqda ittiham edilib.

Qazı Sələvati azərbaycanlı fəala qarşı casusluq ittihamının təsdiqlənmədiyini bildirməsinə baxmayaraq, ondan bu işdə müdafiəsini təqdim etməsini istəyib.

Qeyd edək ki, azərbaycanlı fəal “Baqir Hacızadə” Azərbaycanın müxtəlif şəhərlərində onlarla başqa fəalla birlikdə fevralın 6-ı axşam saatlarında Təbrizdə molla rejimin qüvvələri tərəfindən həbs edilərək döyülüb.

Həmçinin yoxlayın

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …

Bölgədə neft ixracı bərpa olunur, iranın dəniz yolu ilə xam neft ixracı isə sıfır səviyyəsində qalır

GADTB: TankerTrackers-in qiymətləndirməsinə görə, oktyabrın əvvəlindən etibarən İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb …