Çərşənbə , İyun 10 2026
azfa

Makıda şəhərin küçələrinin tarixi adları dəyişdirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın şəhərlərində küçələrinin tarixi adları dəyişdirilib.

İranın böyük şəhərlərində Adlandırma Şurası küçə və meydanlara tarixi və mədəniyyəti əks etdirən adlar verməklə kimlik və mədəni irsi qoruyub saxlamağa fəal çalışsa da, Güney Azərbaycan şəhərlərində vəziyyət həyəcanvericidir. Bu, xüsusilə küçə və məhəllələrin tarixi və orijinal adlarının unudulduğu Makuda nəzərə çarpır.

Qərbi Azərbaycan əyalətinin Makı şəhəri də qədim tarixə malikdir. Lakin burada molla rejimin əlaltıları küçələrə qondarma adlar qoymaqla şəhərin tarixi mahiyyətini təhrif etməyə çalışıblar.

Makıda nəinki şəhərin heç bir yerində qədim və əsl adlardan istifadə edilməyib, bir çox tarixi küçə adları da aradan qaldırılıb.

https://t.me/GADTB1/36432

Həmçinin yoxlayın

İrana qarşı mümkün ssenariləri ilə bağlı ABŞ qüvvələrinin İsraildə gizli yerləşdirilməsi üzə çıxarıb

GADTB: Yeni araşdırma hesabatına görə, ABŞ ordusunun 82-ci Hava Desant Diviziyasının bir hissəsi Pentaqonun rəsmi …

Məhbuslar İranın 56 həbsxanasında edama qarşı aclıq aksiyası keçirirlər

GADTB: Bu gün səhər saatlarından başlayaraq İranın 56 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması …