Bazar , Oktyabr 18 2026
azfa

Xameneyi: “Zəngəzur dəhlizi Ermənistan üçün zərərlidir”

GADTB: Bu gün 🇮🇷 İranın ali rəhbəri Əli Xameneyi 🇦🇲 Ermənistanın baş naziri Nikol Paşinyan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə deyib:

“İranın qəti və sabit siyasəti qonşuları, xüsusən də Ermənistanla əlaqələri genişləndirməkdir. Biz Ermənistanla əlaqələrin inkişafına çox inanırıq və iki ölkə arasında əməkdaşlıq müəyyən maraqlar əsasında və başqalarının siyasətindən asılı olmayaraq güclü şəkildə davam edəcək”.

#Zəngəzur dəhlizinin açılmasını Ermənistanın ziyanına hesab edən Xameneyi öz mövqeyində qalmaqda israr edib:

“Əcnəbilər ölkələrin qonşuları ilə münasibətlərinə məhdudiyyətlər yaratmamalıdırlar, ölkələrin təhlükəsizliyini və rifahını təmin edən özlərinə və yaxınlarına arxalanmaqdır, bəzilərinin uzaqdan gəlib başqa dövlətin işinə qarışması onlara zərərlidir”, – deyə, Xameneyi bildirib.

Paşinyan isə öz növbəsində Ermənistan dəfələrlə heç bir transregional marşrutu qəbul etmədiyini açıqlayıb. O, İran və Ermənistan arasında münasibətlərin strateji xarakter daşıdığını və iki ölkə arasında əlaqələrin genişlənməsi və şaxələnməsindən məmnunluğunu qeyd edib. / Azad İran

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …