Şənbə , Sentyabr 19 2026
azfa

Şərqi Azərbaycanda telekommunikasiya şirkətinin təqaüdçüləri etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan Vilayəti Telekommunikasiya Şirkətinin təqaüdçüləri ikinci dəfədir ki, toplaşıb problemlərini həll etməyi tələb edirlər.

Təəssüflər olsun ki, bu təbəqədən olan pensiyaçıların bir araya gəlməsi əyalətin telekommunikasiya rəhbərlərinin diqqətindən kənarda qalıb və onların problemlərinin həlli üçün heç bir addım atılmayıb.

Qeyd edək ki, son illərdə davamlı olaraq telekommunikasiya şirkətinin təqaüdçüləri məişət vəziyyətlərin yaxşı olmaması, lazımi təqaüd ala bilməmələri səsəbindən etiraz aksiyası keçirirlər.

video:

https://t.me/GADTB1/36497

Həmçinin yoxlayın

Türkiyə İstanbulda İranın Bank Millət filialının fəaliyyət icazəsini ləğv edib

GADTB: Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumu (BDDK) İranın “Bank Millət” bankının İstanbulda yerləşən mərkəzi …

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …