Cümə axşamı , May 7 2026
azfa

COP29 zamanı Azərbaycan bütün dünyaya atəşkəs çağırış edəcək

GADTB: COP29-da iştirak etmək üçün dünyanın bütün dövlət başçılarına dəvət göndərilib.

Bunu Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov “Anadolu” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, 50-dən çox dövlət və hökumət başçısı COP29-da iştirak edəcəyini təsdiqləyib. “Bu rəqəmin artacağını gözləyirik. Ermənistan da dəvət olunub”, – Elnur Soltanov vurğulayıb.

“COP29 vaxtı gün ərzində təxminən 40 min qonağı qəbul etmək üçün infrastrukturumuz var”, – baş icraçı direktor deyib.

Elnur Soltanov COP29-da ümumilikdə 80 minə yaxın qonaq qəbul edəcəklərini, müxtəlif günlərdə Azərbaycana müxtəlif sayda qonaqların gəlib-gedəcəyini qeyd edib.

O vurğulayıb ki, Azərbaycan bütün dünyaya atəşkəslə bağlı çağırış edəcək:

“COP29 Azərbaycanın indiyə kimi ev sahibliyi etdiyi digər bütün tədbirlərlə müqayisə edilməyəcək tədbir olacaq. İqlim müzakirələrinə liderlik edəcəyik. Azərbaycanın qonaqpərvərliyini ortaya qoyacağıq. COP-un uğursuz olma ehtimalı yoxdur”.

Həmçinin yoxlayın

Molla rejimi Həmədanda 40 vətəndaşın əmlakını “vətənə xəyanət” ittihamı ilə müsadirə edib

GADTB: İran məhkəmə sistemi Həmədan əyalətində 40 nəfərin əmlakının “vətənə xəyanət” və “düşmənlə əməkdaşlıq” ittihamları …

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …