Pezeşkian kürd terrorizminin hamilərindən birinə vəzifə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Məsud Pezeşkian Güney Azərbaycanın Sulduz bölgəsindən kürdlərin bu bölgəyə hücum edib səs verməsi nəticəsində millət vəkili edilən kürd terrorizminin hamisi Əbdülkərim Hüseynzadəyə vəzifə verib

 İran prezidenti Məsud Pezeşkianın sərəncamı ilə Əbdülkərim Hüseynzadə İnkişafdan Geri Qalmış Bölgələrin İnkişafı üzrə prezidentin köməkçisi təyin edilib.

Qeyd edək ki, Əbdülkərim Hüseynzadə kürd terrorizmini dəstəklədiyi üçün daha əvvəllər deputatlığa namizədliyi qəbul edilməmişdi. Lakin son parlament seçkilərində molla rejimi tərəfindən ona deputatlığa namizəd olmağa icazə verildi.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …