Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi azərbaycanlı milli fəal Murtaza Pərvinin həbsindən 7 aya yaxın vaxt keçməsinə baxmayaraq, o, hələ də Tehranın Evin zindanında qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır.

Azərbaycanlı fəalın həbsindən 206 gün keçib və onun sağlamlığında ciddi problemlər yaranıb. Bildirilib ki, Murtaza Pərvin hələ də lazımi tibbi yardımdan məhrumdur.

Qeyd edək ki, azərbaycanlı milli fəal fevralın 6-da molla rejimin ETTELAAT qüvvələri tərəfindən saxlanılaraq, Evin həbsxanasına salınıb. Murtaza Pərvinə “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq”, “rəhbəri (Xameneyini) təhqir etmək” və “casusluq” ittihamları irəli sürülüb.

Murtəza Pərvinlə yanaşı həmçinin bir neçə azərbaycanlı fəal həbs edilib və onlar da qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılırlar.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …