Çərşənbə , İyul 29 2026
azfa

Molla rejimi azərbaycanlı fəal Vədud Əsədini mühakimə etdi

GADTB: Sentyabrın 10-da Rəştdə rejimin İnqilab Məhkəməsinin üçüncü şöbəsində azərbaycanlı fəal Vədud Əsədinin ittihamları üzrə məhkəmə iclası keçirilib.

Rəşt İnqilab Məhkəməsinin üçüncü şöbəsində hakim Mehdi Rəskinin sədrliyi ilə keçirilən bu iclasda Vədud Əsədinin müdafiəçisi cənab Rostami ilə birlikdə irəli sürülən ittihamlara qarşı özünü müdafiə edib.

Bu il mayın 21-də Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində Vədud Əsədinin işinin başqa bir hissəsi ilə bağlı ittihamlar üzrə məhkəmə iclası keçirilmişdi.

Qeyd edək ki, azərbaycanlı milli fəal fevralın 6-da rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilmişdi.

Həmçinin yoxlayın

SEPAH terror təşkilatı İordaniyaya və Hörmüz boğazında üç neft tankerinə raket hücumu edib

GADTB: SEPAH terror təşkilatı bəyan edib ki, xəbərdarlıqlara baxmayaraq “təhlükəli və qeyri-qanuni marşrut” üzrə hərəkəti …

Maral 80 ildən sonra Qaradağ meşələrinə qayıtdı

GADTB: Azərbaycanın ən qiymətli və gözəl yerli maral növlərindən biri yenidən Şərqi Azərbaycan əyalətinin Qaradağ …