Molla rejimi müxalifləri sıxışdırmaq üçün edam cəzasından istifadə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi müxalifləri sıxışdırmaq üçün edam cəzasından istifadə edir.

BMT-nin İran üzrə Müstəqil Faktaraşdırıcı Komitəsi İranda etnik və dini qruplara mənsub qadınlar da daxil olmaqla, fəallara edam hökmü verilməsi ilə bağlı xəbərdarlıq edib. Komitə xəbərdarlığında bildirib ki, 2022-ci il etirazlarının ikinci ildönümündə İran hökuməti qadın və qızların hüquqlarının kobud şəkildə pozulmasını gücləndirib.

“İran hökuməti məcburi hicabın tətbiqini nəzərdə tutduğu “Nur planı” kimi repressiv layihə vasitəsilə qadınların qalan azadlıqlarını da məhv etməyi planlaşdırır. Məhsa Əmininin 2022-ci ildə öldürülməsi İranda bütün xalq etirazlarının başlamasına səbəb olub”, – deyə, komitə vurğulayıb. BMT-nin Faktaraşdırıcı Komitəsinin məlumatına görə, etnik və dini qruplara mənsub qadınların edam edilməsi xüsusi narahatlıq doğurur. Eyni zamanda, İran hökuməti ölüm hökmündən müxalifəti qorxutmaq və sıxışdırmaq üçün bir vasitə kimi istifadə edib

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …