Bazar , Oktyabr 18 2026
azfa

İsrail Suriyada silah anbarını bombalayıb, Sepah-ın hərbi müşaviri öldürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail Sepah-ın Suriyadakı hərbi müşaviri Məcid Divanini üç gün əvvəl öldürüb.

O, İsrailin Dəməşq ətrafına endirdiyi zərbələr zamanı aldığı yaralardan ölüb. Oktyabrın 1-də İsrail Qolan təpələrindən paytaxt Dəməşqin müxtəlif nöqtələrinə hava zərbələri endirmişdi.

Həmçinin İsrail Suriyanın qərbindəki Cebla sahil şəhərindəki sursat anbarına hücum edib. İrandan bura silahların gətirildiyi bildirilirdi.

Daha əvvəl Suriya nəşrləri Latakiya liman şəhəri üzərində səmada partlayış səslərinin eşidildiyini bildirmişlər. Partlayış səsləri Rusiya bazasının yerləşdiyi Tartusda da eşidilib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …