Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəallara qarşı ağır həbs cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi 8 aydan çoxdur Tehranın Evin həbsxanasında hıbsdə saxladığı azərbaycanlı milli fəalları mühakimə edib.

Molla rejimi azərbaycanlı fəallar Araz Amani, Ayaz Seyfxah və Baqir Hacizadəyə qarşı casusluq ittihamı irəli sürülb və hər birinə 8 il azadlıqdan məhrumetmə cəzası verilib.

Eyni zamanda adı çəkilən fəalların hər biri “milli təhlükəsizliyə qarşı əlbir olmaq və toplaşmaq” ittihamına görə daha 5 il həbs cəzasına məhkum ediliblər.

 “Milli təhlükəsizliyə qarşı əlbir olmaq və toplaşmaq”da günahlandırılan başqa milli fəal  Hüseyn Piri barədə də 5 il həbs qərarı verilib.

Kamal Nuri isə 2 ili şərti olmaqla 3 il azadlıqdan məhrum edilib və 1 il qalan həbs müddəti azaldılaraq sərbəst buraxılmasına qərar verilib.

Məhkəmənin digər məhbus fəallar Mürtəza Pərvin, Tahir Nəqəvi və Kərim Mərdanə barədə qərarı hələlik bildirilməyib.

Qeyd edək ki, adı çəkilən fəallar və başqa bir neçə fəal fevral ayının 5, 6 və 7-də Xiyav, Ərdəbil, Rəşt, Urmu, Təbriz, Tehran, Kərəc və Astara şəhərlərində həbs ediliblər.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …