Şənbə , Sentyabr 19 2026
azfa

HÜRJET Ankarada test uçuşunda səs sürətini aşaraq uçuş gerçəkləşdirdi

GADTB: Türkiyənin ilk reaktiv mühərrikli yüngül hücum təyyarəsi HÜRJET ilk dəfə səs sürətini aşaraq uçuş gerçəkləşdirdi.

Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) tərəfindən inkişaf etdirilməkdə olan ölkənin ilk reaktiv mühərrikli yüngül hücum təyyarəsi HÜRJET səs sürətini keçdi.

Test uçuşu paytaxt Ankarada keçirildi. Planlaşdırılmış və nəzarətli uçuş üçün Mürted Hava Meydanından istifadə olundu.

Xatırladaq ki, ilk uçuşunu 25 aprel 2023-cü ildə həyata keçirən HÜRJET o gündən bəri 100-dən çox sınaq uçuşu reallaşdırıb.

https://t.me/GADTB1/38049

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …