Çərşənbə , Oktyabr 14 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəalın atasını məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəalın atasını məhkəməyə çağırıb.

Təbrizdə yaşayan azərbaycanlı milli fəal Fərhad Pakruhun atası Cəbrayıl Pakruh yenidən məhkəməyə çağırılıb.

Məhkəmənin elektron sistemi vasitəsilə göndərilən bildirişdə, Cəbrayıl Pakruhdan oktyabrın 29-da Təbrizdəki molla rejimin İkinci Cinayət Məhkəməsinin 109-cu şöbəsində olması istənilib.

Göndərilən bildirişdə onun “yalan məlumatlar yaymaq”da günahlandırıldığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl molla rejimin məmurları Cəbrayıl Pakruhu döyüb və həbs etmişdilər.

Təbrizdə zindana salınan azərbaycanlı fəalın atası bir müddət saxlanıldıqdan sonra mayın 14-də 100 milyon tümənlik girov qarşılığında zaminə buraxılıb.

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …