Bazar , Noyabr 29 2026
azfa

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla telefon danışığı zamanı İran İslam Respublikasını ciddi danışıqlara başlamağa, regionda sabitliyi pozan addımları dayandırmağa, Hörmüz boğazını daimi və heç bir məhdudiyyət qoyulmadan açmağa, eləcə də Tehranın hərbi nüvə proqramına son qoymağa çağırıb.

Almaniya hökumətinin oktyabrın 13-də, çərşənbə axşamı yaydığı bəyanata əsasən, Merts və bin Salman Yaxın Şərqdəki vəziyyəti, husilərin hücumlarını və regiondakı toqquşmaların Almaniyada enerji qiymətlərinə təsirini müzakirə ediblər.

Merts İran İslam Respublikasının dəstəklədiyi husilərin, o cümlədən Ər-Riyad hava limanına hücumunun sərt şəkildə pisləndiyini bildirib. O və Səudiyyə Ərəbistanının vəliəhdi bu hücumların dərhal dayandırılmasının vacibliyini vurğulayıblar.

Bəyanatda həmçinin qeyd olunub ki, İran İslam Respublikası və husilər tərəfindən Hörmüz və Babül-Məndəb boğazlarında tətbiq edilən dəniz blokadalarına dərhal son qoyulmalıdır.

Almaniya kansleri və Səudiyyə Ərəbistanının vəliəhdi, həmçinin toqquşmaların dayandırılması və enerji qiymətlərinin sabitləşdirilməsi yollarını müzakirə ediblər.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …