Bazar , Oktyabr 18 2026
azfa

Təbrizdə “Polynar” neft-kimya zavodunun işçiləri aksiya keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin “Polynar” neft-kimya şirkətinin işçiləri fəaliyyətilərni dayandıraraq iş yerlərində etiraz aksiyası keçiriblər.

Azad İşçilər Birliyi məlumatına görə, narazı işçilər əmək haqlarının az olması, vaxtında ödənilməməsi və iş təhlükəsizliklərinin olmamasına etiraz edirlər.

Tətilin 3 gün əvəl başlamasına baxmayaraq, şirkət rəhbərliyi və başqa əlaqədar məsullar işçilərlə görüşməyiblər.

İşçilər tələblərinin yerinə yetirilmədiyi təqdirdə tətil aksiyasını davam etdirəcəklərini bildiriblər.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …