Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi beynəlxalq terrorçu və narkotik alverçisi Naci Şərifi Zindəştiyə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi beynəlxalq terrorçu və narkotik alverçisi Naci Şərifi Zindəştiyə Urmiyada beş ulduzlu otel tikmək üçün icazə verib.

Molla rejimin beynəlxalq terrorçu və narkotik alverçisi Naci Şərifi Zindəştiyə dəstəyi ilə bağlı ictimai qınağın artmasına baxmayaraq, rejim ona Urmiyanın Bənd yolunda beşulduzlu otel tikmək üçün icazə verib.

Qərbi Azərbaycanın demoqrafik və inzibati tərkibinin dəyişdirilməsi ilə bağlı şübhəli layihələrdə İran hökumətinin əsas dayaqlarından biri kimi tanınan mühacir kürd olan Naci Şərifi Zindəşti son illər hökumətin dəstəyi ilə bu bölgədə geniş fəaliyyətə başlayıb. Otel üçün əldə edilən yeni icazə Zindəşti və onun ailəsinə xüsusi imtiyazların verilməsinin davamıdır və bu ailənin İrandakı qanunsuz fəaliyyətini ört-basdır etmək məqsədilə edilir.

Qeyd edək ki, Kürd terror qruplaşmalarına bağlı və beynəlxalq axtarışda olan terrorçuların qaçaqmalçısı olan Naci Şərifi Zindəşti İran İnqilabı Keşikçiləri Korpusu üçün Türkiyədə bir neçə siyasi sui-qəsd və adam oğurluğu həyata keçirib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …