Cümə , İyul 10 2026
azfa

Mohəqqeq Ərdəbili Universitetində senzuraya etiraz olaraq ağ banner asıldı

GADTB: güney Azərbaycanın Ərdəbil bölgəsindəki  Mohəqqeq Ərdəbili Universiteti universitetin mədəniyyət mərkəzi tərəfindən planlaşdırılan Azərbaycan türkcəsi təlim seminarına məhdudiyyətlər qoyub.

16 seansdan ibarət bu seminar tələbələrə ana dilinin öyrədilməsi və möhkəmləndirilməsi məqsədi ilə hazırlanıb, lakin universitet rəsmiləri son zamanlar seminarın təşkilinə əngəllər törətməyə başlayıb.

Universitet rsəmilərinin etirazına və seminara məhdudiyyət qoymasına səbəb “Xətai” mədəniyyət mərkəzinin təklif etdiyi “Anama oxşarlığımdır, Ana dilim” başlıqlı banner olub.

Bu aksiyaya cavab olaraq senzuraya etiraz edən tələbələr universitet şəhərciyində heç bir dizaynı və yazısı olmayan ağ pankart quraşdırıblar. Bu addım məhdudiyyətlərə və senzuraya etirazın simvolu kimi qiymətləndirilib.

Həmçinin yoxlayın

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …

Türkiyənin S-400-ləri başqa ölkəyə verəcəyi gündəmə gəlib

GADTB: “Hürriyət” qəzetinin köşə yazarı Abdulqadir Səlvi qeyd edib ki, məndə olan məlumata görə, S-400-lər …