Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycan Milli Hərəkatının fəalı Hüseyn Xürrəmi Dağdağan vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının fəalı Hüseyn Xürrəmi Dağdağan cümə axşamı, dekabrın 19-da 51 yaşında ürək tutmasından dünyasını dəyişib.

Hüseyn Xürrəminin heç bir fiziki narahatlığının olmaması onun yaxınları tərəfindən fəalın ölümü ilə şübhələri artırıb.

Hüseyn Xürrəminin qohumlarının bildirdiyinə görə, 3 aydan artıqdır ki, təhlükəsizlik qüvvələri onu dəfələrlə çağırıb və ya həbs ediblər. Bir neçə gün əvvəl təhlükəsizlik qüvvələri Bəsic meydanında onun avtomobilini saxlayıb və telefonunu müsadirə ediblər.

Bu azərbaycanlı fəal dünən doğulduğu Dağdağan kəndində böyük izdihamın iştirakı ilə və Güney Azərbaycanın milli fəallarının müşaəti ilə dəfn edilib.

https://t.me/GADTB1/39337

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …