Bazar ertəsi , Dekabr 23 2024
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı fəalın həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Güney Azərbaycanın Marağa şəhərində həbs etdiyi azərbaycanlı milli fəal Muxtar İbrahiminin həyatı təhlükədədir.

Azərbaycanlı fəal böyrək xəstəliyindən əziyyət çəkir və həkimlər onun əməliyyat olunması barədə arayış verməsinə baxmayaraq, həbsxana rəhbərliyi fəalın müalicəsinə icazə vermir.

Ötən gün Muxtar İbrahimi böyrək ağrılarından huşunu itirdikdən sonra həbsxananın tibb məntəqəsinə köçürülüb və yalnız ağrı kəsici dərman verildikdən sonra yenidən palataya qaytarılıb.

Bununla yanaşı, Muxtar İbrahiminin ailəsinin ona göndərdiyi dərmanların çatdırılmaması səbəbindən fəalın vəziyyətinin ağırlaşdığı qeyd edilib.

Qeyd edək ki, Muxtar İbrahimi bundan əvvəl 2020-ci ildə həbs edilib, “hökumətə qarşı təşkilat və qrup yaratmaq” və “müxalif qrup və şəbəkələrəüzv olmaq”da günahlandırılarılıb.

26 avqust 2020-ci ildə Marağa həbsxanasına kpçürülən İbrahimi, 21 gündən sonra girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

O, daha sonra “hökumətə qarşı təbliğat” ittihamına görə, yenidən 1 il azadlıqdan məhru edilib və 22 yanvar 2024-cü ildə Marağa zindanına salınıb.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin …

Əli hər yerdən üzülən Xamenei əhalini Süriyada üsyana çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əli Xamenei Türkiyənin xarici işlər naziri Hakan Fidanın …