Cümə axşamı , May 7 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal Araz Aman 37 yaşını Evin zindanında keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 23 dekar 2024-cü il bazar ertəsi Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı fəal Araz Aman 37 yaşını zindanın 4-cü palatasında keçirib.

Azərbaycanlı fəal Araz Aman bu il fevral ayının 7-də məhkəmə qərarı olmadan rejimin ETTELAAT qüvvələri tərəfindən döyülərək həbs edilmişdir

Sağlamlıq durumunun ağır olmasına və saxlanılmasından uzun zaman keçməsinə baxmayaraq Araz Amanın nə müvəqqəti olaraq zaminə burazılmasına, nə də gərəkli olan tibbi yatdımı almasına imkan verilir.

Qeyd edək ki, Araz Aman  “toplaşmaq və milli təhlükəsizliyə qarşı sövdələşmək” və “casusluq” ittihamları ilə hakim Səlvati tərəfindən 13 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa onun ölkədən çıxışına da iki illik qadağa qoyulub.

Həmçinin yoxlayın

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …

Hörmüz boğazında iki minə yaxın gəmi ilişib

GADTB: CNN telekanalı xəbər verib ki, Hörmüz boğazında vəziyyət kritik həddə çatıb və bölgədə təxminən …