Cümə , Noyabr 27 2026
azfa

Ərşad Salehi Azərbaycanın Bağdaddakı səfirliyinə baş çəkdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraq türkmanları parlament qrupunun rəhbəri Ərşad Salehi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı Azərbaycanın Bağdaddakı səfirliyini ziyarət edib.

Bu barədə məlumat Ə.Salehinin sosial şəbəkə hesabında paylaşılıb.

O, səfirlikdəki xatirə dəftərində qeydlərini yazaraq Azərbaycan xalqına başsağlığı verib, qəza nəticəsində həlak olanlara Allahdan rəhmət diləyib, yaralılara tezliklə sağalmalarını arzulayıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Həmçinin yoxlayın

Azərbaycanlı ekoloq fəal Milad Balsini hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB: Azərbaycanlı yazıçı, tədqiqatçı, jurnalist, ictimai və ekoloji fəal Milad Balsininin həbsindən 101 gün keçməsinə …

Azərbaycanlı fəal Rza Rəhimpur Hərqlan saxlanılıb

GADTB: Əcəbşirli, Azərşəhr (Tufarqan) sakini olan azərbaycanlı fəal Rza İbrahimpur Hərqlan saxlanılıb. Bu mədəni fəal …