
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı körpəyə Turhan adına görə 5 aydır doğum şəhadətnaməsi vermir.
Molla rejimin Vətəndaş Vəziyyətləeinin Qeydiyyatı İdarəsi 5 aydır Əhər şəhərindən olan Turhan adlı azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamə verməkdən imtina edir.
Turhanın əmisi Hadi Rəhməti bu barədə “Balamın adı” kampaniyasına danışıb: “Uşaq 2024-cü il mayın 25-də dünyaya gəlib və valideynləri ona Turhan adını seçiblər. Amma Əhərin Qeydiyyat İdarəsinin rəsmiləri ona doğum haqqında şəhadətnamə verə bilməyəcəklərini açıqladılar, çünki Turhan türk adıdır və İranın ad seçimi siyasında yoxdur. Bu səbəbdən Turhanın ata-anası Qeydiyyat İdarəsinə şikayət ediblər. Məhkəmə iki dəfə iclas keçirərək bu ailənin əleyhinə qərar çıxarıb. İdarənin məsul şəxslərinin sözlərinə görə, əyalət rəhbərliyindən onlara deyiblər ki, bu ad məqbul deyil, başqa ad seçməlisiniz”.
Bu süründürməçilik nəticəsində Turhan 5 aydır ki, doğum haqqında şəhadətnaməsiz qalıb və valideynləri bu səbəbdən bir çox problemlərlə üzləşiblər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi