Azərbaycan təyyarəsinin qara qutusunun məlumatları barədə açıqlama

GADTB: Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktauda qəzaya uğrayan təyyarənin uçuş registratorlarından şifrələnmiş məlumatların öyrənilməsinə başlandığını elan edib.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

“Yaxın günlərdə qəzanın təhqiqat komissiyasının üzvlərinin Astanaya uçuş registratorlarının (qara qutular) şifrəsi açılmış materialları ilə gəlməsi gözlənilir”, – deyə nazirlikdən bildirilib.

Daha əvvəl bildirilmişdi ki, Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) təyyarənin qara qutularından alınan məlumatların təhlilini başa çatdırıb. Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin registratorlarından uçuş məlumatları çıxarılıb. Bildirilib ki, “Embraer-190” təyyarəsindən məlumatlar qəzanı araşdıran Qazaxıstan orqanlarına göndərilib.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …