Bazar , Oktyabr 18 2026
azfa

Türkiyənin Hələbdəki Baş Konsulluğunun fəaliyyəti bərpa edildi

GADTB: Türkiyənin Hələbdəki Baş Konsulluğu fəaliyyətini bərpa edib.

Bildirilib ki, Suriyanın ikinci böyük şəhəri olan Hələbdəki baş konsulluq 13 ildən sonra Türkiyə bayrağının dalğalanması ilə yenidən fəaliyyətə başlayıb.

Xatırladaq ki, Baş Konsulluq 2012-ci ilin iyulunda Suriyadakı vətəndaş müharibəsi səbəbindən xidmətlərini dayandırıb.

Dekabrın 8-də Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Burhan Köroğlu dekabrın 12-də Dəməşqdəki müvəqqəti işlər vəkili vəzifəsinə təyin edilib.

Dekabrın 14-də Türkiyənin Dəməşqdəki səfirliyi də açılıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …