Şənbə , Oktyabr 17 2026
azfa

Türkiyənin pilotsuz dəniz aparatı OKHAN test prosesini uğurla başa vurub

GADTB: Mersin şəhərində Türkiyənin müdafiə sənayesi çərçivəsində hazırlanan OKHAN adlı pilotsuz dəniz aparatı (İDA) test prosesini uğurla başa vurub.

Mersin Teknoparkında fəaliyyət göstərən “Kayacı” müdafiə şirkəti tərəfindən 2018-ci ildə istehsala başlayan OKHAN çətin dəniz şəraitində işləmək üçün nəzərdə tutulub.

Sahil Mühafizə Komandanlığı ilə həyata keçirilən layihə çərçivəsində dənizdə müxtəlif şəraitdə və saatlarda idarə olunan avtonom dəniz vasitəsi test uçuşlarından uğurla keçib.

Uzunluğu 11,5 metr, çəkisi 7 ton olan OKHAN 390 at gücünə malik mühərriki ilə 27 düyün sürətə çata bilir.

OKHAN-ın gediş məsafəsi 350 dəniz milinə çata bilər.

Yüksək manevr qabiliyyətinə malik olan aparat maneələrdən yayınma manevrlərini avtonom şəkildə yerinə yetirə bilir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …