Bazar , Sentyabr 20 2026
azfa

Urmiyaya təyin edilmiş kürd merin istefası xəbəri yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərinə təyin edilmiş kürd merin istefası xəbəri yayılıb.

Kürd mer Hüseyn Mehdizadənin istefa məktubunu Şəhər Şurasına göndərdiyi bildirilib.

Urmiya Şəhər Şurasının sədri Məhəmməd Xəlilpur bildirib ki, mer yanvarın 21-də istefası ilə bağlı Şəhər Şurasına rəsmi məktub göndərdiyini bildirib.

Xəlilpur, Hüseyn Mehdizadənin istefasının Şəhər Şurasının açıq iclasında səsə qoyulacağını və bununla bağlı yekun qərar veriləcəyini deyib.

Qeyd edək ki, kürd mer Qərbi Azərbaycanda kürd qruplaşmalarına yaxınlığı, narkobaron kimi tanınan, Sepah və ETTELAAT rəsmiləri ilə yaxın münasibətləri olan Naci Şərif Zindəştinin yaxın adamlarından sayılır.

2024-cü ilin dekabr ayının əvvəllərində də onun istefası ilə ağlı məsələ qaldırılsa, Şəhər Şurasının üzvlərinin əksəriyyəti buna səs versə də, Hüseyn Mehdizadə 40 gündən sonra qərarın dəyişdirilməsinə və yenidən vəzifəyə qayıtmağa nail olub.

Mehdizadənin bundan əvvəl Urmiyada tarixi türk adlarının dəyişdirilməsi istiqamətindəki əməlləri Urmiya əhalisinin narazılığı ilə qarşılaşıb.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …