Cümə , Avqust 28 2026
azfa
Qaynar xəbər

Urmiyada bir məhəlləyə görkəmli Azərbaycan sənətçisi Aşıq Dehqanın adı verilib

Urmiya Bələdiyyəsi Azərbaycanın görkəmli aşıq sənətkarlarından olan Aşıq Məhəmmədhüseyn Dehqanın uzun illər yaşadığı məhəlləyə onun adını verib.

1934-cü il təvəllüdlü Aşıq Məhəmmədhüseyn Dehqan Urmiya aşıq məktəbinin tanınmış ustadlarından sayılır. O, Aşıq Dərviş Vahabzadə, Fərhad Səlimi, Yusif Ohanes, Aslan Talebi kimi ustadlarla yanaşı, bu orijinal Azərbaycan musiqisinin qorunub saxlanmasında mühüm rol oynayıb.

Qeyd edək ki, Aşıq Dehqan təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə də tanınıb, dəfələrlə ölkədaxili və xarici festivallarda iştirak edib.

Aşıq Dehqan sənət karyerası ərzində Quzey Azərbaycan, Türkiyə, Almaniya, Fransa, Çin, İsveç, Latın Amerikası ölkələri də daxil olmaqla dünyanın iyirmidən çox ölkəsində çıxış edərək Azərbaycan mədəniyyətini beynəlxalq aləmdə tanıdıb. O, həmçinin Quzey Azərbaycandan aşıq sənəti üzrə doktorluq dərəcəsi almışdır.

Aşıq Dehqan 85 il sənətlə məşğul olub, çoxsaylı əsərlərlə yaratmaqla yanaşı 20-dən çox aşıq yetişdirmişdir.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Mir Məhəmmədrza Müvəhhidin Təbriz Mərkəzi Həbsxanasının 3-cü ümumi bölməsinə köçürüldüyü bildirilir

GADTB: Azərbaycanlı milli fəal Mir Məhəmmədrza Müvəhhid hökmünün icrası üçün müraciət etdikdən sonra Təbriz Mərkəzi …

Çəmlidə Koroğlu harayı: Tikantəpədə minlərlə türkün iştirakı ilə Koroğlu festivalı keçirilib – VİDEO

GADTB: Tikantəpənin Çəmli gölü İranın siyasi-coğrafi sərhədləri daxilində yerləşən müxtəlif bölgələrdən gəlmiş çoxsaylı türklərin geniş …