Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Məşhur baş məşqçisi Con Toşak Traxtur klubuna baş məşqçi gətirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, məşhur baş məşqçisi 69 yaşlı Con Toşak Güney Azərbaycanın “Traxtur” komandasının baş məşqçisi oldu.

Məlumata görə uelsli məşhur mütəxəssislə “Traxtur” klubunun sahibi Məhəmmədrza Zunuzi və onun nümayəndəsi Huşəng Nəsirzadə arasında aparılan müzakirələrdən sonra razılıq əldə olunub.

“Traxtur” klubu ilə məşhur baş məşqçi arasında 3 illik müqavilə imzalandığı qeyd olunur.

Uelsli baş məşçinin təkcə Madrid “Real” və s. məşhur komandalara müxtəlif vaxtlarda baş məşqçilik edib.

Con Toşakın baş məşqçi kimi faəliyyət göstərdiyi bəzi klublar və milli komandaların siyahısı bundan ibarətdir:

1984-1985.  “Sportinq” (Portuqaliya), 1985-1989.  “Real” (Sosyedad, İspaniya), 1989-1990.  “Real” (Madrid, İspaniya), 1990-1994.  “Real” (Sosyedad), 1994.  Uels millisi, 1995-1997.  “Deportivo” (İspaniya), 1997-1999.  “Beşiktaş” (Türkiyə), 1999.  “Real” (Madrid), 2000-2001.  “Sent-Etyen” (Fransa), 2001-2002.  “Real” (Sosyedad) 2002-2003.  “Kataniya” (İtaliya), 2004.  “Real” (Mursiya, İspaniya), 2004-2010.  Uels millisi, 2011-2012.  Makedoniya millisi, 2013-cü il Xəzər-Lənkəran

 

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Bir cavab yazın