Çərşənbə , Aprel 16 2025
azfa

Aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbusun sağlıq dutumu pisləşdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbus Əbdüləziz Əzimi Qədim sağlıq dutumu ciddi şəkildə pisləşib və xəstəxanaya köçürülüb.

Mart ayının 2-dən Tehranın Evin həbsxanasında aclıq aksiyasına başlayan azərbaycanlı siyasi məhbus Əbdüləziz Əzimi Qədim fiziki zəiflik səbəbilə huşdan gedib və həbsxananın səhiyyə bölməsinə köçürülüb.

Azərbaycanlı fəal şənbə günü martın 15-də səhhətinin pisləşməsi və huşdan getməsi səbəbilə Evin həbsxanasının tibb mərkəzinə aparılıb.

Qeyd edək ki, fevralın 5-i və 7-i, 2024-cü ildə Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Tehran, Kərəc, Ərdəbil, Təbriz, Rəşt, Xiyav (Meşginşəhr), Urmu, İslamşəhr və Astarada 30-a yaxın türk fəal kəşfiyyat qüvvələri tərəfindən məhkəmə qərarı olmadan həbs edilib.

Həmin azərbaycanlı fəallar “daxili və xarici təhlükəsizliyə qarşı cinayətlər törətmək üçün toplaşmaq və sövdələşmək”, “İslam Respublikasına qarşı təbliğat” və “casusluq” ittihamları ilə mühakimə olunublar. Onlar Tehran İslam İnqilabı Məhkəməsinin hakimi Əbülqasim Sələvatinin qərarı ilə ağır həbs cəzaları alıblar.

Həmçinin yoxlayın

Təbrizdə öyrəncilər etiraza aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbriz Tibb Elmləri Universitetinin qarşısında öyrəncilər etiraz …

Molla rejimi salmaslı fəala 9 ildən çox həbs cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Salmas şəhərindən olan …