Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycan nümayəndəsi BMT sessiyasında Fransanın Əlcəzairdə törətdiyi cinayətlərdən danışıb – VİDEO

GADTB: Fransa Əlcəzairdə keçirdiyi nüvə sınaqlarının nəticələrinə görə tam tarixi və hüquqi məsuliyyəti öz üzərinə götürməlidir.

Bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyəti sədri Ramil İskəndərli BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə davam edən 58-ci sessiyasının İrqi ayrıseçkiliklə bağlı növbəti plenar iclası çərçivəsində keçirilən ümumi debatlarda video-müraciəti zamanı deyib.

“Bütün əlaqədar sənədlərin tam açıqlanması, radioaktiv tullantıların basdırıldığı yerlərin müəyyən edilməsi, çirklənmiş ərazilərin ekoloji reabilitasiyası və zərərçəkənlərə ədalətli kompensasiya ödənilməsi, onların adekvat tibbi xidmət və dəstəyə çıxışının təmin edilməsi həyata keçirilməlidir”, o qeyd edib.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …