Cümə axşamı , Avqust 27 2026
azfa

Molla rejimin edama məhkum etdiyi azərbaycanlı xanım fəal zindandan məktub yazıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin edama məhkum etdiyi azərbaycanlı xanım fəal Şərifeh Məhəmmədi Rəştdəki Lakan həbsxanasından oğluna və yoldaşına yazdığı məktubda müstəntiqlərin ondan saxta etiraflar götürmək cəhdlərinə, o cümlədən həbsxana rəhbərliyinin “yeni ölüm hökmünü” iki ay ondan gizli saxlayıb və hökmü “əri və uşaqları ilə görüşməsinə düz bir saat qalmış” elan etdiklərini qeyd edib.

Eyni zamanda Rəştin Lakan zindanında ölüm hökmü cəzasına məhkum edilənİşçi Hərəkatı fəalı və siyasi məhbus Şərifə Məhəmmədi məktub yazaraq, necə həbs olunmasından, edam hökmündən və ailəsinə həsrətindən danışıb.

Şərifə Məhəmmədi məktubunda vurğulayıb ki, “yenidən bahar gəlib, yəni heç bir qış əbədi olmayacaq”.

“Həbsxanada yazın yeganə əlaməti qapı-pəncərələrin sınıqları, sınmış şüşələri arasında yuva qurmaq üçün təhlükəsiz yer axtaran qaranquşlardır. Əlbəttə, mən də burada boş oturmadım, məhbus yoldaşlarım üçün heç olmasa Novruz süfrəsi hazırladım. Qəm içində oturmaq olmaz, yaşamaq və ümid etmək lazımdır”, – deyə, Məhəmmədi qeyd edib.

Həmçinin yoxlayın

Molla rejimi İrandakı yoxsulluqla bağlı statistikanı açıqlamaqdan imtina edib: “Təhlükəsizlik qadağası var”

GADTB: Hökumət sözçüsü Fatimə Mühacirani videomüsahibəsində İranda yoxsulların sayının nə qədər olması ilə bağlı suala …

Tramp: İran İslam Respublikası etirazçılara pulemyot və snayperlərlə atəş açır

GADTB: ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Qlen Bekin radio proqramına müsahibəsində İrandakı etirazlarla bağlı …