Cümə axşamı , May 14 2026
azfa

Amerika muzakirə öncəsi İrana qarşı yeni sanksiyalar tətbiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika muzakirə öncəsi İrana qarşı yeni sanksiyalar tətbiq etdi.

ABŞ Maliyyə Nazirliyi Tehranın nüvə proqramına dəstək verən İranda beş qurum və bir şəxsə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir: “Bu gün Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın nüvə proqramını idarə edən və nəzarət edən əsas qurumları, o cümlədən İranın Atom Enerjisi Təşkilatı (AEOI) və başda təşkilata dəstək olan İran Sentrifuqa Texnologiyası Şirkətini (TESA) və beş qurumu və bir fiziki şəxsi sanksiya siyahısına əlavə edib”

Bununla yanaşı ABŞ prezidenti Donald Tramp bir daha İranı hədələyərək deyib ki, İran İslam Respublikası ilə danışıqlar zamanı razılıq əldə olunmasa, hərbi variant masada olacaq.

“İrana gəlincə, əgər hərbi əməliyyat lazımdırsa, biz mütləq hərbi əməliyyatlara başlayacağıq və İsrail bunda nəinki rol oynayacaq, hətta ona rəhbərlik edəcək”- deyə Tramp qeyd edib.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …