Molla rejimi azərbaycanlı fəalları 16 aydır həbsdə saxlayır

GADTB: İrqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəallar Araz Aman, Mürtəza Pərvin, Tahir Nəqəvi, Bağır Hacızadə, Əbdüləziz Əzimi-Qədim, Ayaz Seyfxah, Kərəm Mərdanənin həbsindən 16 ay ötür.

Azərbaycanlı fəallar ETTELAAT orqanlarının müdaxiləsi və məhkəmə orqanlarına mane olması səbəbindən hələ də zaminə buraxılmayıblar.

Həmçinin bu işlə bağlı digər azərbaycanlı fəallar Fatimə Ataşi Xiyavi, Vədud Əsədi, Aydın Məhəmmədi, Abdullah Vahidi, Salar Tahir Afşar da cəzalarını çəkmək üçün 2025-ci ilin fevralından Evin zindanına köçürülüblər.

Qeyd edək ki, adları çəkilən azərbaycanlı fəallar 2024-ci ilin yanvar ayının 6, 7 və 8-də Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Tehran, Kərəc, Ərdəbil, Təbriz, Rəşt, Xiyav, Urmu, Astara və İslamşəhrdə məhkəmə qərarı olmadan kəşfiyyat qüvvələri tərəfindən həbs ediliblər.

Azərbaycanlı fəallar “daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və sövdələşmək”, “İslam Respublikasına qarşı təbliğat” və “casusluq” ittihamları ilə mühakimə olunublar və Tehran İslam İnqilabı Məhkəməsinin hakimi Əbdülqasım Sələvatinin qərarı ilə həbs ediliblər.

Həmçinin yoxlayın

Vahid Əbhərinin müvəqqəti azadlığa buraxılması üçün girov yeni ittihamla ağırlaşdırılıb

GADTB: Azərbaycanlı milli-siyasi fəal Vahid Əbhəriyə qarşı Təbriz Ümumi və İnqilab Prokurorluğunun 3-cü istintaq şöbəsində …

Molla rejimi Hörmüz boğazına nəzarəti saxlamaq üçün sığorta məsələsini gündəmə gətirir

GADTB: İrqçi fars-molla rejimi Hörmüz boğazına nəzarəti saxlamaq üçün sığorta məsələsini gündəmə gətirir. Bu məqsədlə …