Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi Kazım Səfabəxş və Saman Bidara qarşı saxta ittihamlar irəli sürüb, zaminə buraxılmaları üçün vəsiqə təyin edib

GADTB: İrqçi fars-molla rejimi Qəzvinin Sərdar Azadeqan stadionunda həbs etdiyi Azərbaycanın “Traxtur” komandasının iki tərəfdarı və lideri Kazım Səfabəxş və Saman Bidara saxta ittihamlar irəli sürüb.

Həmin azərbaycanlı fəalların ailələrinə Qəzvində rejimin Ümumi və İnqilab Prokurorluğu tərəfindən məlumat verilib ki, cənab Səfabaxş və cənab Bidar “ictimai asayişi pozmaq” və “separatçı qruplara üzv olmaq” maddələri ilə ittiham olunublar və zaminə buraxılmaları üçün dörd yüz milyon tümənlik girov təyin edildikdən sonra onlar Qəzvin həbsxanasına köçürülüblər.

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …