Cümə , Sentyabr 18 2026
azfa

İranın yeni nüvə silahı obyekti aşkarlanıb

GADTB: “Fox News”un yaydığı məlumata görə, peyk görüntülərinə görə Semnan əyalətində İranın əvvəllər açıqlanmayan nüvə silahı obyekti olduğu üzə çıxıb.

Məlumata görə, nüvə obyekti  10 ildən artıqdır ki, fəaliyyət göstərir. Bildirilib ki, nüvə obyekti “Diba Energy Siba” adlı kimya şirkətinin pərdəsi altında fəaliyyət göstərib.

Bu obyektin fəaliyyət məqsədinin nüvə silahlarını artırmaq üçün istifadə edilən radioaktiv izotop olan tritiumun əldə edilməsi olduğu deyilir.

“Uran zənginləşdirməsindən fərqli olaraq, tritiumun praktiki olaraq heç bir dinc və ya kommersiya məqsədli tətbiqi yoxdur, bu da İranın nüvə ambisiyalarının yalnız enerji və ya mülki məqsədlər üçün olduğuna dair uzun müddətdir davam edən iddialarına şübhə yaradır”, – deyə “Fox News” yazıb.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …