Bazar , Avqust 30 2026
azfa

Molla rejimi Təbrizdə azərbaycanlı milli fəalları mühakimə edib

GADTB: İrqçi fars-molla rejimi iyunun 23-də Təbrizdə azərbaycanlı milli fəalları mühakimə edib.

Molla rejimin Təbrizdəki İnqilab Məhkəməsində Güney Azərbaycan Milli Hərəkatının dörd türk fəalı Davud Şiri, Nasir Rəzmcu, Əmirhüseyn Ağayi və Hüseyn Azadın işi üzrə məhkəmə iclası keçirilib.

Azərbaycanlı fəallara qarşı “rejimə düşmənlik edən qruplara üzv olmaq” və “milli təhlükəsizliyə qarşı hərəkət etmək üçün toplaşmaq və əlbir olmaq” ittihamları irəli sürülüb.

Azərbaycanlı fəallar bu ittihamları açıq şəkildə rədd etməklə yanaşı, məhkəmə iclasında özlərini müdafiə edərək, fəaliyyətlərinin vətəndaş hüququ və qanuni azadlıqlar çərçivəsində holduğunu bildiriblər.

Qeyd edək ki, bu şəxslər, digər azərbaycanlı milli fəallar, Yürüş Mehrəlibəyli, Əli Babayi, Cavad Sudbər, Həmid Yeganpur, Mürtəza Nurməhəmmədzadə, Araz İbrahimnejad, Məhəmmədrza Müvahid, İbrahim Əvəzpur, və Mehrdad Qadiri ilə birlikdə 13 sentyabr 2023-ci ildə Şərqi Azərbaycanda rejimin ETTELAAT İdarəsi tərəfindən həbs edilmişdilər.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Hüseyn İsmayıli məhkəməyə çağırılıb

GADTB: Azərbaycanlı fəal Hüseyn İsmayıli Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən göndərilən bildirişlə məhkəməyə çağırılıb. …

Güney Azərbaycan Milli Hərəkatının 11 fəalı cəzalarının icrası üçün məhkəməyə çağırılıb; Həmid Yeganəpurun səhhəti narahatlıq doğurur

GADTB: Təbrizdə Cinayət Hökmlərinin İcrası üzrə 11-ci şöbə «Demokratlar» kimi tanınan iş üzrə Cənubi Azərbaycan …