Urmiya gölünün qurumuş yatağında yük maşınlarının şübhəli hərəkəti

GADTB: Molla rejimi Urmiya gölünü tam qurutduqdan sonra gölünün qurumuş yatağında onlarla ağır yük maşınının şübhəli hərəkəti diqqətləri özünə cəlb edib.

Sosial şəbəkələrdə yayılan görüntülərə görə, bir vaxtlar Güney Azərbaycanda ekoloji həyatın simvolu olan və indi cansız səhraya çevrilmiş göl yatağında onlarla yük maşının şübhəli hərəkətlər müşahidə olunur.

Ətraf mühit fəallarının bildirdiyinə görə, yük maşınlarının fəaliyyəti faydalı qazıntıların çıxarılması və ya göl yatağından müəyyən resursların köçürülməsi ilə bağlı ola bilər. Bəzi təsdiqlənməmiş hesabatlar da buradan litium və ya digər qiymətli elementlərin çıxarılmasını göstərir.

Məsələ ilə bağlı rəsmilər hələ dəqiq açıqlama verməyib.

2022-ci ilin agustunda İranın rəsmi dövlət xəbər agentliyi İRNA Urmiya gölündə böyük litium ehtiyatlarının olması barədə məlumat yayıb və bəzilərinin fikrincə Urmiya gölünün qurudulmasının səbəblərindən biri bu nadir metalın çıxarılmasından gəlir əldə etmək məqsədidir. Eyni zamanda, İranın Geoloji və Mineral Kəşfiyyat Təşkilatının rəhbəri Urmiya gölünün yatağında litium olduğunu və Çin şirkətlərinin həmin elementləri çıxarmaq üçün icazə istədiklərini açıqlayıb.

Qeyd edək ki, irqçi fars-molla rejimi Urmiya gölünə axan çayların qarşısını almaqla gölü qurutduğu hamıya məlumdur. Rejimin bu işdən məqsədinin həm də gölün faydalı elementlərini rahat çıxara bilmək olduğu düçünülür.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …