Şənbə , Oktyabr 17 2026
azfa

İran rəsmisi: “Azərbaycanla münasibətlərə yenidən nəzər salınmalı, İranın qırmızı gizgisinə diqqət yetirliməlidi”

GADTB: Dünən İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası ölkə prezidenti Məsud Pezeşkianla birgə iclasda İranın xarici siyasət prioritetlərini, o cümlədən Azərbaycanla münasibətlərin indiki vəziyyətini müzakirə edib.

Komissiyanın sözçüsü İbrahim Rzayi bildirib ki, görüşdə bəzi qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla münasibətlərin yenidən nəzərdən keçirilməsi zərurəti vurğulanıb. Qeyd olunub ki, “İranın xarici siyasətindəki qırmızı xətlərinə riayət edilməli və bu çərçivədə Azərbaycanla münasibətlər düzgün formada tənzimlənməlidir”.

İclasda qonşu ölkələrlə əlaqələrin təhlükəsizlik və milli maraqlar əsasında qurulması kimi məsələlər də müzakirə olunub.

Komissiya üzvləri İsrailin bölgədəki addımlarına qarşı sərt mövqe və diplomatik reaksiyanın zəruriliyini vurğulayaraq, bu çərçivədə “Azərbaycanla münasibətlərin daha diqqətli və ayıq siyasətlə aparılmalı olduğu bildirilib”./ Azad İran

Həmçinin yoxlayın

Əhərin Zəglik kəndində 800 illik çinar ağacı tualet tikintisi bəhanəsi ilə kəsilib!

GADTB: Əhərin Zəglik kəndində yerləşən, yaşı 800 ildən çox olan və milli səviyyədə qeydə alınmış …

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …